Bəzi elmentlər seçdiyiniz skanlama metodundan və ya başqa parametrlərdən asılı olaraq mövcud olmaya bilər.
Skanlama üçün Menyu Seçimləri
Rəng Rejimi
Rəngli və ya monoxrom rəngləməyi seçin.
Fayl Formatı
Fayl formatını seçin.
Səhifə parametri
Fayl formatı kimi PDF, Yığcam PDF, PDF/A, Yığcam PDF/A və ya TIFF seçdiyiniz zaman bütün orijinalları bir fayl (çoxsəhifəli) və ya hər bir orijinalı ayrıca (bir səhifə) kimi saxlamağı seçin.
Sıxılma Nisbəti
Şəklin nə qədər sıxılacağını seçin.
PDF Parametrləri
PDF-i format parametri kimi seçdiyiniz zaman PDF fayllarını qorumaq üçün bu parametrlərdən istifadə edin.
Açanda parol tələb edən PDF faylı yaratmaq üçün Sənədin Açılması Parolu təyin edin. Çap və ya redaktə zamanı parol tələb edən PDF faylı yaratmaq üçün İcazələr Parolu təyin edin.
OCR
Skan edilmiş şəkli axtarış edilə bilən PDF olaraq saxlaya bilərsiniz. Bu, axtarış edilə bilən mətn məlumatlarının daxil edildiyi PDF sənədidir.
Orijinallardakı mətn Optik Xarakter Tanınması (OCR) ilə tanınır və sonra skan edilmiş təsvirə daxil edilir.
Kompüterə, Buluda, Yaddaşa və ya Yaddaşda saxlanılan məlumatı Buluda ötür menyusundan istifadə edərkən element mövcud deyil.
Qeyd:
Orijinaldan asılı olaraq mətn düzgün tanınmaya bilər.
Dil: Orijinalın mənbə mətn dilini seçin.
Səhifə Orientasiyası: Çıxış şəklinin oriyentasiyasını seçin. Orijinalda tanınan mətnin istiqamətinə uyğunlaşdırmaq üçün şəkli avtomatik fırlatmaq məqsədilə Avtomatik Fırlatma seçimini edin.
Skanlama sahəsini seçin. Skaner şüşəsinin maksimum ərazisində skanlamaq üçün Maksimal Sahə seçin.
Oriyentasiya (Orijinal):
Orijinalın istiqamətini seçin.
Orijinalın Növü
Orijinalınızın növünü seçin.
Oriyentasiya (Orijinal)
Orijinalın istiqamətini seçin.
Qarışıq Ölçülü Əsillər
Siz ölçülərin aşağıdakı birləşməsini ADF-də eyni vaxtda yerləşdirə bilərsiniz.
A3 və A4
B4 və B5
A4 və A5
Bu birləşmələrdən istifadə etdiyiniz zaman oriijinallar, orijinalların faktiki ölçüsündə skanlanır. Orijinallarınızı aşağıda göstərildiyi kimi orijinalların enini düzləndirməklə yerləşdirin.
Sıxlıq
Skanlanmış təsvirin kəskinliyini seçin.
Fonu sil
Fonun tündlüyünü seçin. Fonu işıqlandırmaq (ağartmaq) üçün + toxunun, tündləşdirmək (qaraltmaq) üçün isə - toxunun.
Əgər Avtomatik seçsəniz, orijinalların fon rəngləri aşkarlanır və avtomatik silinir və ya işıqlandırılır. Əgər fon rəngi çox tünd olarsa, yaxud aşkarlanmazsa, o, düzgün tətbiq olunmur.
Orijinalın kənarında olan kölgələri silin. 2 tərəfli orijinalları skan edərkən arxa tərəfin sahəsini fərdi olaraq təyin etmək üçün Arxa səhifə seçimini edin.
Mərkəz:
Bukletin bəndləyici kənar boşluğunun kölgələrini aradan qaldırır.
Dəlikləri Yığışdır
Skanlanmış təsvirdə olan dəlikaçanın dəliklərini aradan qaldırın. Sağdakı qutuda qiymət daxil etməklə dəlikaçanın dəliklərini yığışdırmaq üçün sahə göstərə bilərsiniz.
Silmə Mövqeyi:
Dəlikaçanın dəliklərini aradan qaldırmaq üçün mövqe seçin.
Oriyentasiya (Orijinal):
Orijinalın istiqamətini seçin.
Boş səhifələri ötür
Orijinallarda varsa, skan edərkən boş səhifələri keçin.
Nəticə gözlədiyiniz kimi deyilsə, aşkarlama səviyyəsini tənzimləyin.
Qeyd:
Bəzi səhifələr səhv olaraq boş səhifələr kimi buraxıla bilər.
ADF Dav. Skan.
Siz paketlərdə ADF-ə çoxlu sayda orijinal yerləşdirə və onları tək bir skanlama işi kimi skanlaya bilərsiniz.
Faylın saxlanması
Skanlanmış təsviri yaddaşda saxlaya bilərsiniz.
Quraşdırma:
Skanlanmış təsviri yalnız yaddaşda saxlayıb-saxlamamağı seçin.
Qovluq (Tələb olunur):
Skanlanmış təsviri saxlamaq üçün yaddaşı seçin.
Faylın adı:
Fayl adı təyin edin.
Faylın parolu:
Fayl seçmək üçün parol təyin edin.
İstifadəçi Adı:
İstifadəçi adı təyin edin.
Qırmızını sil
Skan edilmiş şəkildən qırmızı qeydləri silin.
Kompüterə, Məlumatın yaddaşdan yaddaş qurğusuna ötürüməsi, Yaddaşda saxlanılan məlumatı Email-ə qoş, Məlumatın Şəbəkə qovluğunda/FTP-də saxlanılması və ya Yaddaşda saxlanılan məlumatı Buluda ötür menyusundan istifadə edərkən element mövcud deyil.