Buluda skanla seçiminin hazırlanması funksiyası

Skan edilmiş təsvirləri qeydə alınmış təyinat yerlərə göndərmək üçün Epson-un bulud xidmətindən, Epson Connect-dən istifadə edin.

  • Siz e-poçt ünvanını təyinat yeri kimi qeyd etməklə skan edilmiş şəkilləri asanlıqla e-poçt vasitəsilə göndərə bilərsiniz.

  • Siz skan edilmiş təsvirləri təyinat yeri kimi qeydə almaqla üçüncü tərəfin onlayn saxlama xidmətlərinə göndərə bilərsiniz. Hesabın necə qeydiyyatdan keçirilməsi ilə bağlı ətraflı məlumat üçün hər bir xidmət üzrə vebsayta baxın. Mövcud xidmətlər xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

Qeyd:

Epson Connect xidmətləri haqqında ətraflı məlumat üçün aşağıdakı portal vebsaytına daxil olun.

https://www.epsonconnect.com/

http://www.epsonconnect.eu (yalnız Avropa)

Vacib Əməliyyatlar

Əməliyyatın Yeri

İzahatlar

1. Printeri şəbəkəyə qoşun

(Quraşdırma zamanı şəbəkəyə qoşulsanız, bu lazım deyil)

Printer və kompüter

Printeri şəbəkəyə qoşun.

Printerin Şəbəkəyə Qoşulması

2. Məhsulu Epson Connect ilə qeydiyyatdan keçirin

Printerin idarə paneli və kompüter

(Epson Connect vebsaytı)

Məhsulunuzu Epson Connect ilə qeydiyyatdan keçirin və xidməti aktivləşdirin.

Printerin idarə panelində Parametrlər > Ümumi Parametrlər > Veb Xidməti Parametrləri > Epson Connect xidmətləri seçin, sonra qeydiyyatdan keçmək üçün ekranda verilən təlimatlara əməl edin.

Qeyd:

Sizdən təsdiqləmə kodunu daxil etməyiniz xahiş olunursa, aşağıdakı URL-ə daxil olun və kodu daxil edin.

https://www.epsonconnect.com/activation

3. Epson Connect istifadəçi səhifəsində təyinat yeri siyahısını qeydiyyatdan keçirin

Kompüter

(Epson Connect vebsaytı)

Epson Connect isütifadəçi səhifəsində təyinat yeri siyahısında göndərmək istədiyiniz təyinat yerlərini qeydiyyatdan keçirin.

Aşağıdakı URL-dən istifadəçi səhifəsinə daxil olun, Buluda skanla > Təyinat yeri siyahısı > Əlavə et* üzərinə klikləyin, sonra təyinat yeri əlavə etmək üçün ekranda verilən təlimatlara əməl edin.

https://www.epsonconnect.com/user

Qeyd:

E-poçt ünvanını qeydiyyatdan keçirərkən, təyinat yerinin növü kimi E-poçt ünvanı seçin.

4. İdarəetmə panelindən skanlamaq

Printerin idarə paneli

Skanlamanı idarə panelindən həyata keçirin.

Orijinalların Buluda Skanlanması

* Epson Connect xidmətləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər.