>
Surət çıxarmaq >
Surətçıxarma üçün Əsas Menyu Seçimləri
Surətçıxarma üçün Əsas Menyu Seçimləri
Qeyd:
Elementlər təyin etdiyiniz digər parametrlərdən asılı olaraq əlçatan olmaya bilər.
Surətçıxarma üçün Əsas Menyu Seçimləri
Rəng Rejimi
Rəngli və ya monoxromda köçürüb-köçürməməyi seçin.
Avtomatik
Orijinalın rəngli və ya monoxrom olduğunu aşkarlayır və avtomatik olaraq ən uyğun rəng rejimindən istifadə etməklə surətini çıxarır.
Orijinaldan asılı olaraq, monoxrom orijinallar rəngli, rəngli orijinallar isə monoxrom kimi aşkarlana bilər. Əgər avtomatik aşkarlama düzgün işləməzsə, rəng rejimi kimi Rəngli və ya Ağ-Qara seçməklə surətini çıxarın, yaxud aşkarlama həssaslığını təyin edin. Siz əsas ekranda Parametrlər > Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Surət rəngi hissiyatı seçməklə həssaslığı təyin edə bilərsiniz.
Rəngli
Orijinalı rəngli kopyalayır.
Ağ-Qara
Orijinalı qara və ağ rəngdə kopyalayır (monoxrom).
Sıxlıq
Kopyalanmanın nəticələri zəif göründükdə sıxlığın səviyyəsini artırın. Mürəkkəb ləkə salarkən sıxlığın səviyyəsini azaldın.
Kağız Parametri
İstifadə etmək istədiyiniz kağız mənbəyini seçin. Avtomatik seçiləndə, avtomatik aşkarlanmış orijinal ölçü və göstərilən böyütmə nisbətindən asılı olaraq, uyğun ölçü avtomatik yerləşdirilir.
Azalt/Böyüt
Böyütmə və ya kiçiltmənin artırılmasını konfiqurasiya edir. Dəyərə toxunun və 25 – 400% diapazonu arasında orijinalı böyütmək və ya kiçiltmək üçün istifadə edilən böyütməni göstərin.
Avtomatik
Skan sahəsini aşkarlayır və avtomatik olaraq orijinalı seçdiyiniz kağız ölçüsünə uyğunlaşdırmaq üçün böyüdür və ya kiçildir. Orijinalın ətrafında ağ haşiyələr olan zaman, skaner şüşəsinin künc işarəsindən () ağ kənar boşluqlar skan sahəsi kimi aşkarlanır, lakin qarşı tərəfdəki kənar boşluqlar kəsilə bilər.
Kağ.sığ.üç.kiçilt
Kağızın ölçüsünə sığışdırmaq üçün skanlanmış təsviri Azalt/Böyüt dəyərindən daha kiçik ölçüdə köçürür. Əgər Azalt/Böyüt dəyəri kağızın ölçüsündən daha böyükdürsə, verilənlər kağızın kənarlarından qırağa çap edilə bilər.
Sərbəst forma(mm)
Böyütmək və ya azaltmaq üçün kağızın şaquli və üfüqi uzunluqlarını təyin edin.
Sərbəst forma(%)
Böyütmək və ya azaltmaq üçün orijinalın şaquli və üfüqi uzunluqları üçün müxtəlif böyütmələri göstərin.
Faktiki Ölçü
100% miqyasda kopyalayır.
A4→A5 və digərləri
Müəyyən kağız ölçüsünə uyğunlaşdırmaq üçün orijinalı avtomatik olaraq böyüdür və ya kiçildir.
Orijinalın Növü
Orijinalınızın növünü seçin. Orijinalın növünə uyğun olması üçün optimal keyfiyyəti köçürür.
2-Tərəfli
2-tərəfli düzəni seçin.
1→1-Tərəfli
Orijinalın bir tərəfini kağızın bir tərəfinə kopyalayır.
2>2-Tərəfli
Bir ikitərəfli orijinalın hər iki tərəfini bir kağız vərəqinin hər iki tərəfinə kopyalayır. Orijinalınızın istiqamətini və orijinal və kağızın bəndləmə mövqeyini seçin.
1>2-Tərəfli
İki birtərəfli orijinalı bir kağız vərəqinin hər iki tərəfinə kopyalayır. Orijinalınızın istiqaməti və kağızın bəndləmə mövqeyini seçin.
2>1-Tərəfli
Bir ikitərəfli orijinalın hər iki tərəfini iki kağız vərəqinin bir tərəfinə kopyalayır. Orijinalınızın istiqaməti və orijinalın bəndləmə mövqeyini seçin.
Çoxsəhifəli
Köçürmə düzəni seçin.
Təksəhifəli
Tək tərəfli orijinalı tək vərəqə köçürür.
2-yuxarı
2-si bir səhifədə tərtibatında iki birtərəfli orijinalı kopyalayır. Düzən ardıcıllığı və orijinalınızın istiqamətini seçin.
4-yuxarı
4-ü bir səhifədə tərtibatında dörd birtərəfli orijinalı kopyalayır. Düzən ardıcıllığı və orijinalınızın istiqamətini seçin.
Bitirmə
Çoxsaylı orijinalların çoxsaylı surətləri üçün kağızı necə çıxarmağı seçin.
Qruplaşdır (Eyni Səhifələr)
Orijinalları qrup kimi səhifəyə görə köçürür.
Dəstələ (Səhifə Ardıcıllığı)
Sıra ilə birləşmiş və dəstlərə sıralanmış orijinalları köçürür.