> Problemlərin həlli > Kağızlar İlişir > Kağız İlişmələrinin Qarşısının Alınması

Kağız İlişmələrinin Qarşısının Alınması

Kağız ilişmələri tez-tez baş verərsə, aşağıdakını yoxlayın.

  • Printeri düz səthə yerləşdirin və tövsiyə olunan şəraitdə istifadə edin.

    Ətraf mühit spesifikasiyaları

  • Bu printerin dəstəklədiyi kağızları istifadə edin.

    Müvafiq kağız növü və onun xüsusiyyətləri

  • Kağız istifadə xəbərdarlıqlarına əməl edin.

    Kağızın idarə edilməsi üzrə xəbərdarlıqlar

  • Kağızı düzgün istiqamətdə daxil edin və kənar düzləndiricilərini kağızın kənarlarına doğru sürüşdürün.

    Kağızın əlavə edilməsi

  • Təyin olunan maksimum saydan artıq vərəq əlavə etməyin.

  • Bir neçə vərəq yükləmisinizsə, kağızları bir-bir yükləyin.

  • Kağız ölçüsünün və kağız növü parametrlərinin printerə yüklənmiş faktiki kağız ölçüsü və kağız növünə uyğun olduğuna əmin olun.

    Kağız Növünün Siyahısı

  • Kağızın vəziyyətini yoxlayın. Əgər kağız nəmi canına çəkərsə, o dalğalı olur və ya burulur, bu isə problem yaradır.

  • Əgər kağız ilişməsi tez-tez baş verirsə, yeni açılmış kağızlardan istifadə etməyə cəhd edin.

  • Çap Sürəti Prioriteti seçimini qeyri-aktiv etməyə cəhd edin. Əsas ekranda Parametrlər > Ümumi Parametrlər > Printer parametrləri > Çap Sürəti Prioriteti seçiminə toxunun və sonra parametri qeyri-aktiv edin.