Simsiz yönləndiricidə düyməni basaraq printeri şəbəkəyə əlavə edə bilərsiniz. Əgər aşağıdakı şərtlər yerinə yetirilibsə, siz bu üsuldan istifadə edə bilərsiniz.
Simsiz yönləndirici WPS (Wi-Fi ilə Qorunmuş Quraşdırma) ilə təmin olunmuşdur.
Cari Wi-Fi bağlantısı simsiz yönləndiricidə düyməni basmaqla yaradılmışdır.
Əgər siz düyməni tapmırsınızsa və ya proqram təminatını istifadə edərək quraşdırırsınızsa, simsiz yönləndirici ilə birgə verilən sənədlərə baxın.
Əsas ekranda
toxunun.
printer ekranında göstərilirsə, bu işarəyə toxunun və administrator kimi daxil olun.
Ruter seçiminə toxunun.
Əgər əvvəllər Ethernet parametrlərini konfiqurasiya etmisinizsə, mesajı yoxlayın və sonra Dəyiş üzərinə toxunun. 4-cü mərhələyə keçin.
Quraşdırmanı başlat seçiminə toxunun.
Wi-Fi quraşdırması seçiminə toxunun.
Əgər əvvəllər Ethernet parametrlərini konfiqurasiya etmisinizsə, mesajı yoxlayın və sonra Bəli üzərinə toxunun.
Düymə Basma Quraşdırması(WPS) seçiminə toxunun.
Ekrandakı təlimatları izləyin.
Quraşdırma tamamlandıqdan sonra printer üçün şəbəkə bağlantısı vəziyyətini yoxlamaq istəsəniz, təfərrüatlar üçün aşağıda əlaqəli məlumat keçidinə baxın.
Bağlantı baş tutmasa, simsiz yönləndiricini yenidən başladın, onu printerə yaxınlaşdırın və yenidən cəhd edin. Hələ də işləmirsə, şəbəkə bağlantısı hesabatını çap edin və həll yolunu yoxlayın.