S/MIME Əsas Parametrlərinin Konfiqurasiyası

İstifadə etdiyiniz hər funksiya üçün e-poçt şifrləməsi və e-poçtlara əlavə edilən rəqəmsal imzanı konfiqurasiya edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən konfiqurasiya etmək istədiyiniz şəbəkənin (standart/əlavə) IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > (Standart və ya Əlavə) > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi Statusu

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi > S/MIME > Basic

  4. Hər bir elementi seçin.

  5. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  6. OK üzərinə klikləyin.

    Printer yenilənib.