Müraciətə Nəzarətin Aktivləşdirilməsi

Müraciət nəzarəti aktivləşdirən zaman yalnız qeydiyyatlı istifadəçi printerdən istifadə edə biləcək.

Qeyd:

Access Control Settings aktivləşdirildikdə, istifadəçiyə hesab məlumatları barədə məlumat verməlisiniz.

Kompüterdən çap edərkən, müştəri kompüterində printerin istifadəçisi məlumatını təyin edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Product Security tab-vərəqəsi > Access Control Settings > Basic

  4. Enables Access Control seçin.

    Müraciətə Nəzarət funksiyasını aktivləşdirsəniz və autentifikasiya məlumatı olmayan smart cihazlardan çap etmək və ya skan etmək istəyirsinizsə, Allow printing and scanning without authentication information from a computer seçin.

    Epson-un Windows printer drayveri sizə əvvəlcədən istifadəçi məlumatını təyin etmək imkanı verir. Mac OS-də hər dəfə çap etdiyiniz zaman istifadəçi məlumatlarını daxil etməlisiniz.

  5. OK üzərinə klikləyin.

    Tamamlama mesajı müəyyən müddət sonra göstərilir.

    Surətçıxarma və skanlama kimi piktoqramların printerin idarəetmə panelində boz rəngdə olduğunu təsdiqləyin.