ADF-in təmizlənməsi

ADF-dən surəti çıxarılan və ya skanlanan şəkillərdə mürəkkəb ləkəsi olarsa və ya orijinallar ADF-ə düzgün ötürülməsə, ADF-i təmizləyin.

Vacibdir:

Printeri heç vaxt spirt və ya həlledici məhlullarla təmizləməyin. Bu kimyəvi maddələr printerə ziyan vura bilər.

  1. ADF qapağını açın.

  2. Barabanı və ADF-in içərisini yumşaq, nəm parça ilə təmizləyin.

    Vacibdir:
    • Quru dəsmaldan istifadə barabanın səthini zədələyə bilər.

    • Baraban quruduqdan sonr ADF-dən istifadə edin.

  3. ADF qapağını bağlayın, sonra sənəd qapağını açın.

  4. Şəkildə qeyd edilən hissəni təmizləyin.

    Çirk qalmayana qədər təmizləməni təkrarlayın.

    Vacibdir:
    • Çirki təmizlədikdən sonra bütün qalan mayeni silin.

    • Şüşə səthinə yağ və ya başqa çətin çıxan maddələrin ləkəsi dəyərsə, az miqdarda şüşə təmziləyici və yumşaq parça ilə onu təmizləyin.

    • Şüşə səthi möhkəm basmayın.

    • Şüşənin səthini çızmayın və ya zədələməyin. Şüşə səth zədələnsə, skanlama keyfiyyəti pisləşə bilər.