> Orijinalların yerləşdirilməsi > Orijinalların yerləşdirilməsi

Orijinalların yerləşdirilməsi

Siz printerin LCD ekranında göstərilən animasiyalara istinad etməklə orijinalları yerləşdirə bilərsiniz.

seçin, sonra Necə etməli > Orijinalları yerləşdirin seçin. Baxmaq istədiyiniz orijinalların yerləşdirilməsi metodunu seçin. Animasiya ekranını bağlamaq üçün Bitir seçin.

Əgər çoxsaylı orijinalların surətini çıxarmaq istəyirsinizsə, bütün orijinalları ADF-ə yerləşdirin.

Skaner şüşəsini istifadə edən zaman
Diqqət:

Sənəd qapağını bağlayarkən barmaqlarınızı arasında qoymamağa diqqət yetirin. Yoxsa, zədələnə bilərsiniz.

Vacibdir:
  • Kitab kimi iri orijinalları yerləşdirdikdə, ətrafdakı işığın birbaşa skaner şüşəsinə düşməsinə imkan verməyin.

    Əgər ətrafdakı işıq çox güclüdürsə, orijinalınızın ölçüsü avtomatik müəyyən edilməyə bilər, yaxud surətçıxarma və ya skanlamanın nəticəsi ağ ola bilər.

  • Skaner şüşəsinə həddindən artıq çox güc tətbiq etməyin. Əks halda, o zədələnə bilər.

  • Orijinalın üstünə çox da bərk basmayın. Əgər daha çox qüvvə sərf etsəniz, bulanıqlıq, çirk və ləkələr yarana bilər.

  • Əgər orijinalda qatlamağa və ya qırışdırmağa görə izlər varsa, onları hamarlaşdırın və onları skaner şüşəsinin üzərində yerləşdirin. Orijinal skaner şüşəsi ilə yaxın əlaqədə olmayanda təsvirlərin bəzi hissələri bulanıq ola bilər.

  • Əgər skaner şüşəsinin üzərində hər hansısa bir tullantı və ya çirk olarsa, skanlama diapazonu onu daxil etmək üçün genişlənə bilər, ona görə də orijinalın təsviri yanlış yerləşdirilə və ya ixtisar edilə bilər. Skanlamamışdan əvvəl skaner şüşəsinin üzərində olan hər hansı bir tullantı və çirki təmizləyin.

  • Skanladıqdan sonra orijinalları götürün. Orijinalları uzun müddət skaner şüşəsində saxlasanız, onlar şüşənin səthinə yapışa bilər.

Qeyd:
  • Skaner şüşəsinin kənarlarından 1,5 mm diapazon skanlanmır.

  • Orijinallar ADF-ə və skaner şüşəsinə yerləşdirildikdə, prioritet ADF-dəki orijinallara verilir.

  • Bəzi ölçülər avtomatik aşkarlanmaya bilər. Belə vəziyyətdə, orijinalların ölçüsünü əllə seçin.

ADF istifadə edərkən
Vacibdir:
  • Orijinalları ADF-in kənar düzləndiricisinin içərisindəki üçbucaq işarəsinin aşağısındakı xətdən yuxarı yükləməyin.

  • Skanlama zamanı orijinalları əlavə etməyin.

Qeyd:
  • A4 ölçüsündən kiçik orijinalları uzun kənarı ADF-ə doğru olmaqla yerləşdirə bilərsiniz.

  • Bəzi ölçülər avtomatik aşkarlanmaya bilər. Belə vəziyyətdə, orijinalların ölçüsünü əllə seçin.