Elementlər təyin etdiyiniz digər parametrlərdən asılı olaraq əlçatan olmaya bilər.
Köçürmə üçün Təkmil Menyu Seçimləri
Çoxsəhifəli
Köçürmə düzəni seçin.
Təksəhifəli
Tək tərəfli orijinalı tək vərəqə köçürür.
2-yuxarı
2-si bir səhifədə tərtibatında iki birtərəfli orijinalı kopyalayır. Düzən ardıcıllığı və orijinalınızın istiqamətini seçin.
4-yuxarı
4-ü bir səhifədə tərtibatında dörd birtərəfli orijinalı kopyalayır. Düzən ardıcıllığı və orijinalınızın istiqamətini seçin.
Orijinal Ölçü
Orijinalın ölçüsünü seçin. Avt. Aşkarla seçdiyiniz zaman orijinalınızın ölçüsü avtomatik aşkarlanır. Qeyri-standart ölçülü orijinalları köçürərkən, orijinalınıza ən yaxın ölçünü seçin.
Bitirmə
Çoxsaylı orijinalların çoxsaylı surətləri üçün kağızı necə çıxarmağı seçin.
Qruplaşdır (Eyni Səhifələr)
Orijinalları qrup kimi səhifəyə görə köçürür.
Dəstələ (Səhifə Ardıcıllığı)
Sıra ilə birləşmiş və dəstlərə sıralanmış orijinalları köçürür.
Qarışıq Ölçülü Əsillər
Siz ölçülərin aşağıdakı birləşməsini ADF-də eyni vaxtda yerləşdirə bilərsiniz. A3 və A4; B4 və B5. Bu birləşmələrdən istifadə etdiyiniz zaman oriijinallar, orijinalların faktiki ölçüsündə köçürülür. Orijinallarınızı aşağıda göstərildiyi kimi orijinalların enini düzləndirməklə yerləşdirin.
Oriyentasiya (Orijinal)
Orijinalın oriyentasiyasını seçin.
Kitab →2Səhifə
Bukletin iki üz-üzə səhifəsini kağızın ayrıca vərəqlərinə köçürür.
Skanlamaq üçün bukletin səhifəsini seçin.
Təsvirin Keyfiyyəti
Təsvir parametrlərini tənzimləyin.
Kontrast
Parlaq və tünd hissələr arasında fərqi tənzimləyin.
Dolğunluq
Rənglərin canlılığını tənzimləyin.
Qırmızı Balansı, Yaşıl Balansı, Göy Balansı
Hər rəng üçün sıxlığı tənzimləyin.
Kəskinlik
Təsvirin strukturunu tənzimləyin.
Çaların Tənzimlənməsi
Örtüyün rəng çalarını tənzimləyin. Onu soyuq rəngli etmək üçün (yaşılı artırın) + toxunun və onu isti rəngli etmək üçün (qırmızını artırın) - toxunun.
Fonu sil
Fon rənginin sıxlığını tənzimləyin. Onu parlaq (ağ) etmək üçün + toxunun və onu tünd (qara) etmək üçün - toxunun.
Cildləmə Haşiyəsi
Orijinalınızın bəndlənmə mövqeyi, kənar boşluqlar və istiqamətini seçin.
Kağ.sığ.üç.kiçilt
Kağızın ölçüsünə sığışdırmaq üçün skanlanmış təsviri Azalt/Böyüt dəyərindən daha kiçik ölçüdə köçürür. Əgər Azalt/Böyüt dəyəri kağızın ölçüsündən daha böyükdürsə, verilənlər kağızın kənarlarından qırağa çap edilə bilər.
Kölgəni Yığışdır
Orijinal sənəddən nüsxələrdə görünən kölgələri silir.
Çərçivə
Qalın kağızı kopyalayarkən nüsxələrin ətrafında görünən kölgələri silir.
Mərkəz
Bukleti kopyalayarkən nüsxələrin mərkəzində görünən kölgələri silir.
Dəlikləri Yığışdır
Köçürən zaman bəndləmə dəliklərini aradan qaldırır.
Şəxs. Vəs. Köçürməsi
Şəxsiyyət vəsiqəsinin hər iki üzünü skanlayır və surətini kağızın bir tərəfinə çıxarır.