Parametrləri ixrac edin

Printer üçün parametri ixrac edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Device Management tab-vərəqəsi > Export and Import Setting Value > Export

  4. İxrac etmək istədiyiniz parametrləri seçin.

    İxrac etmək istədiyiniz parametrləri seçin. Əsas kateqoriyanı seçsəniz, alt kateqoriyalar da seçilir. Bununla belə, eyni şəbəkə daxilində təkrarlanmaqla səhvlərə səbəb olan alt kateqoriyalar (məsələn, IP ünvanları və s.) seçilə bilməz.

  5. İxrac olunan faylı şifrləmək üçün parol daxil edin.

    Faylı idxal etmək üçün sizə parol lazımdır. Əgər faylı şifrləmək istəmirsinizsə, bunu boş qoyun.

  6. Export üzərinə klikləyin.

    Vacibdir:

    Cihaz adı və IPv6 ünvanı kimi printerin şəbəkə parametrlərini ixrac etmək istəyirsinizsə Enable to select the individual settings of device seçin və daha çox element seçin. Əvəzləyici printer üçün yalnız seçilmiş dəyərləri istifadə edin.