Rənglərin tənzimlənməsi

Çap prosesində istifadə olunan rəngləri tənzimləyə bilərsiniz. Bu tənzimləmələr orijinal məlumatlara tətbiq edilmir.

Şəklin təkm. orijinal şəkil məlumatlarının kontrastı, dolğunluğu və parlaqlığını avtomatik tənzimləyərək daha kəskin şəkillər və canlı rənglər təmin edir.

Qeyd:

Şəklin təkm. subyektin yerini təhlil edərək rəngi tənzimləyir. Buna görə də, şəkli kiçildərək, böyüdərək, kəsərək və ya fırladaraq subyektin yerini dəyişsəniz, rəng gözlənilməz şəkildə dəyişə bilər. Şəkil fokusdan kənardadırsa, çalar qeyri-təbii ola bilər. Rəng dəyişsə və ya qeyri-təbii olsa, Şəklin təkm. deyil, başqa rejimdə çap edin.

  1. Printer drayverinin Daha çox seçimlər tab-vərəqəsində Rəng Korreksiyası parametrindən rəng düzəlişi metodunu seçin.

    • Avtomatik: bu parametrlə ton avtomatik olaraq kağız növü və çap keyfiyyəti parametrlərinə uyğun gəlmək üçün tənzimlənir.
    • Fərdi: Təkmil klikləyin, öz parametrlərinizi özünüz qura bilərsiniz.
  2. ƏsasDaha çox seçimlər tab-vərəqələrindəki digər elementləri lazım olduğu kimi təyin edin və OK klikləyin.

    Əsas Tab-vərəqəsi

    Daha çox seçimlər Tab-vərəqəsi

  3. Çap et klikləyin.