Qrup siyasətinin konfiqurasiyası

Qrup siyasəti istifadəçi və ya istifadəçi qrupuna tətbiq edilən bir və ya bir neçə qaydadır. Printer konfiqurasiya edilmiş siyasətlərə uyğun gələn IP paketlərinə nəzarət edir. IP paketləri 1-dən 10-a qədər qrup siyasəti, sonra standart siyasət ardıcıllığı ilə təsdiqlənir.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi > IPsec/IP Filtering > Basic

  4. Konfiqurasiya etmək istədiyiniz nömrələnmiş tab-vərəqə üzərinə klikləyin.

  5. Hər bir element üçün qiymət daxil edin.

  6. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  7. OK üzərinə klikləyin.

    Printer yenilənib.