> İnzibatçı Haqqında Məlumat > Printerin idarə olunması > Mikroproqramın yenilənməsi > İdarə panelindən istifadə etməklə Printerin Proqramının yenilənməsi

İdarə panelindən istifadə etməklə Printerin Proqramının yenilənməsi

Əgər printer İnternetə qoşula bilərsə, idarəetmə panelindən istifadə etməklə printer proqramını yeniləyə bilərsiniz. Həmçinin printerin müntəzəm olaraq proqram yeniləmələrini yoxlamasını və əlçatan yeniləmələr olduqda sizi xəbərdar etməsini təyin edə bilrəsiniz.

  1. Əsas ekranda Parametrlər seçin.

    Element seçmək üçün düymələrini istifadə edin, sonra OK düyməsinə basın.

  2. Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Avad. proq. yenilən. > Yenilə seçin.

    Qeyd:

    Mütəmadi olaraq proqram yeniləmələrini yoxlamaq məqsədilə printeri qurmaq üçün Bildiriş > Aktiv seçin.

  3. Ekranda göstərilən mesajı yoxlayın və mövcud yeniləmələri axtarmağa başlayın.

  4. Əgər LCD ekranda proqram yenilənməsinin əlçatan olması barədə mesaj görünürsə, yeniləməyə başlamaq üçün ekrandakı təlimatları izləyin.

    Vacibdir:
    • Yenilənmə tamamlanana qədər printeri söndürməyin və ya cərəyandan ayırmayın; əks təqdirdə, printerdə nasazlıq yarana bilər.

    • Proqram yeniləməsi tamamlanmayıbsa və ya uğursuz olarsa, printer normal işə düşmür və növbəti dəfə printer işə salınanda LCD ekranında "Recovery Mode" göstərilir. Bu halda, kompüterdən istifadə etməklə, proqramı yenidən yeniləməlisiniz. Printeri kompüterə USB kabel vasitəsilə qoşun. Printerdə "Recovery Mode" görünürsə, proqramı şəbəkə bağlantısı ilə yeniləyə bilməzsiniz. Kompüterdə lokal Epson vebsaytına daxil olun və ən son printer proqramını yükləyin. Növbəti addımlar üçün vebsaytdakı təlimatlara əməl edin.