Standart Siyasətin konfiqurasiyası

Trafiki filtrləmək üçün standart siyasəti konfiqurasiya edin. Standart siyasət printerə qoşulan hər bir istifadəçi və ya qrupa şamil edilir. İstifadəçilər və istifadəçi qrupları üzərində daha dəqiq nəzarət üçün qrup siyasətlərini konfiqurasiya edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi > IPsec/IP Filtering > Basic

  4. Hər bir element üçün qiymət daxil edin.

  5. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  6. OK üzərinə klikləyin.

    Printer yenilənib.