IEEE802.1X üçün müştəri sertifikatını konfiqurasiya edin. Bunu təyin edəndə, siz IEEE 802.1X əsilliyinin yoxlanması metodu kimi EAP-TLS və PEAP-TLS istifadə edə bilərsiniz. Sertifikasiya orqanının sertifikatını konfiqurasiya etmək istəsəniz, CA Certificate-ə keçin.
Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.
Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.
Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.
Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti
İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.
Aşağıdakı ardıcıllığı seçin.
Network Security tab-vərəqəsi > IEEE802.1X > Client Certificate
Client Certificate sahəsinə sertifikat daxil edin.
Əgər artıq Sertifikat Orqanı tərəfindən dərc edilmiş sertifikatı idxal etmisinizsə, siz sertifikatı köçürüb IEEE802.1X-də ondan istifadə edə bilərsiniz. Köçürmək üçün Copy From-dan sertifikat seçin, sonra Copy üzərinə klikləyin.