Parametrlərin idxalı

İxrac olunmuş Web Config faylını printerə idxal edin.

Vacibdir:

Printerin adı və ya IP ünvanı kimi fərdi məlumatı ehtiva edən dəyərləri idxal edən zaman eyni IP ünvanının eyni şəbəkədə mövcud olmadığına əmin olun.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Device Management tab-vərəqəsi > Export and Import Setting Value > Import

  4. İxrac olunmuş faylı seçin, sonra şifrlənmiş parolu daxil edin.

  5. Next üzərinə klikləyin.

  6. İdxal etmək istədiyiniz parametrləri seçin, sonra Next klikləyin.

  7. OK üzərinə klikləyin.

Parametrlər printerə tətbiq olunur.