CA-imzalı Sertifikatın Silinməsi

Sertifikatın vaxtı bitəndə və ya şifrli mesaj bağlantısı daha zəruri olmayanda, idxal edilmiş sertifikatı silə bilərsiniz.

Vacibdir:

Web Config-dən yaradılmış CSR-dan istifadə edərək sertifikat əldə etsəniz, silinmiş sertifikatı yenidən idxal edə bilməzsiniz. Belə halda, CSR yaradın və yenidən sertifikat əldə edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi.

  4. Aşağıdakılardan birini seçin.

    • SSL/TLS > Certificate
    • IPsec/IP Filtering > Client Certificate
    • IEEE802.1X > Client Certificate
  5. Delete üzərinə klikləyin.

  6. Göstərilən mesajda sertifikatı silmək istədiyinizi təsdiqləyin.