> İnzibatçı Haqqında Məlumat > Epson Open Platform istifadəsi > Epson Open Platform-un Konfiqurasiya Edilməsi

Epson Open Platform-un Konfiqurasiya Edilməsi

Epson Open Platform-u aktivləşdirin ki, cihazı doğrulama sistemindən istifadə edə biləsiniz.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Epson Open Platform tab-vərəqəsi > Product Key or License Key

  4. Hər bir element üçün qiymət daxil edin.

    • Serial Number
      Cihazın seriya nömrəsi göstərilir.
    • Epson Open Platform Version
      Epson Open Platform versiyasını seçin. Müvafiq versiya doğrulama sistemindən asılı olaraq dəyişir.
    • Product Key or License Key
      Xüsusi Veb-saytdan əldə edilmiş məhsul açarını daxil edin. Məsələn, məhsul açarını necə əldə etmək kimi təfərrüatlar üçün Epson Open Platform təlimat kitabçasına baxın.
  5. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  6. OK üzərinə klikləyin.

    Printer yenilənib.