Səhvlərin təyini

Cihaz üçün səhvin göstərilməsini təyin edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Print tab-vərəqəsi > Error Settings

  4. Hər bir elementi seçin.

    • Paper Size Notice
      Göstərilən kağız mənbəyinin kağız ölçüsü çap məlumatlarının kağız ölçüsündən fərqli olarsa, idarə panelində səhvin göstərilib-göstərilmədiyini təyin edin.
    • Paper Type Notice
      Göstərilən kağız mənbəyinin kağız ölçüsü çap məlumatlarının kağız növündən fərqli olarsa, idarə panelində səhvin göstərilib-göstərilmədiyini təyin edin.
    • Auto Error Solver
      Səhvi göstərdikdən sonra idarə panelində 5 saniyə ərzində əməliyyat olmazsa, səhvi avtomatik olaraq ləğv edib-etməməyi təyin edin.
  5. Parametrləri yoxlayın, sonra OK üzərinə klikləyin.