IEEE 802.1X Şəbəkəsinin konfiqurasiyası

IEEE 802.1X-i printerə qurduğunuz zaman siz ondan RADIUS serverinə, autentifikasiya funksiyası olan LAN keçidinə və ya giriş nöqtəsinə qoşulmuş şəbəkədə istifadə edə bilərsiniz.

TLS versiyası 1.3 bu funksiyanı dəstəkləmir.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi > IEEE802.1X > Basic

  4. Hər bir element üçün qiymət daxil edin.

    Wi-Fi şəbəkəsində printerdən istifadə etmək istəyirsinizsə, Wi-Fi Setup üzərinə klikləyin və SSID daxil edin.

    Qeyd:

    Ethernet ilə Wi-Fi arasında parametrləri paylaşa bilərsiniz.

  5. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  6. OK üzərinə klikləyin.

    Printer yenilənib.