> İnzibatçı Haqqında Məlumat > Printerin idarə olunması > İdarəetmə Panelinin Qurulması

İdarəetmə Panelinin Qurulması

Printerin idarəetmə paneli üçün quraşdırma. Siz aşağıdakı kimi quraşdıra bilərsiniz.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Device Management tab-vərəqəsi > Control Panel

  4. Lazım olan şəkildə aşağıdakı elementləri təyin edin.

    • Language
      İdarəetmə panelində göstərilən dili seçin.
    • Panel Lock
      ON seçsəniz, inzibatçının icazəsini tələb edən əməliyyatı icra etdiyiniz zaman inzibatçının parolu tələb olunur. İnzibatçının parolu təyin edilməyibsə, panel kilidi qeydi-aktiv edilir.
    • Operation Timeout
      Əgər ON seçsəniz, girişə nəzarət istifadəçisi və ya inzibatçı kimi daxil olanda, avtomatik olaraq çıxırsınız və müəyyən vaxt müddəti üçün fəaliyyətsizlik olarsa, ilkin ekrana qayıdırsınız.
      Siz 10 saniyə ilə 240 dəqiqə arasında təyin edə bilərsiniz.
    Qeyd:

    Siz həmçinin printerin idarə panelindən qura bilərsiniz.

    • Language: Parametrlər > Ümumi Parametrlər > Əsas Parametrlər > Dil/Language

    • Panel Lock: Parametrlər > Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Təhlükəsizlik > İnzibatçı Parametrləri > Kilidləmə Parametri

    • Operation Timeout: Parametrlər > Ümumi Parametrlər > Əsas Parametrlər > Əməliyyata Fasilə (Aktiv və ya Qeyri-aktiv göstərə bilərsiniz.)

  5. OK üzərinə klikləyin.