Printerin hava girişlərini örtməyin və ya qarşısını kəsməyin.
Yalnız printerin qeydlərində bildirilən elektrik mənbəyi istifadə edin.
Mütəmadi olaraq yandırılıb-söndürülən fotokopiya cihazları və ya hava nəzarət sistemlərilə eyni xətt üzərində olan rozetkalardan istifadə etməyin.
Divar açarları və ya avtomatik taymerlərlə idarə edilən elektrik rozetkalarından istifadə etməyin.
Bütün kompüter sistemini dinamiklər və ya simsiz telefonların bazaları kimi potensial elektromaqnit dalğalarından uzaq yerləşdirin.
Elektrik kabelləri aşınma, kəsilmə, əzilmə və s. kimi təsirlərin olmayacağı yerə yerləşdirilməlidir. Elektrik kabellərinin üstünə heç nə qoymayın və ya onların üstünə çıxılmasına imkan verməyin. Bütün enerji təchizatı naqillərini sonluqlarda düz saxlamaq üçün xüsusilə diqqətli olun.
Printer üçün uzatma kabeli istifadə edirsinizsə, bu kabelə qoşulan cihazların ümumi amper həddinin kabelin tab gətirəcəyi amber həddindən çox olmamasına diqqət yetirin. Həmçinin divar rozetkasına qoşulan cihazların ümumi amper həddinin rozetkanın tab gətirəcəyi amber həddindən çox olmamasına diqqət yetirin.
Printeri Almaniyada istifadə edəcəksinizsə, binada müvafiq qısa dövrə müdafiəsi və voltaj artmasına qarşı printer üçün qoruma təmin edən 10 və ya 16 amperlik sayğac olmalıdır.
Printeri kompüterə və ya başqa cihaza kabellə qoşduqda, birləşmələrin düzgün olmasına diqqət yetirin. Hər birləşdiricinin bir düzgün vəziyyəti var. Birləşdiricini səhv qoşduqda, qoşulan hər iki cihaza zərər dəyə bilər.
Printeri onun tam şəkildə yerləşəcəyi düz və sabit bir yerə yerləşdirin. Printer əyri qalsa, düzgün işləməyəcək.
Printer qapağını tam qaldıra bilmək üçün printerin yuxarısında yer saxlayın.
Kağızın tam çıxa bilməsi üçün printerin qabağında kifayət qədər yer saxlayın.
Tez-tez temperatur və rütubət dəyişməsi olan yerlərə yerləşdirməyin. Həmçinin, printeri birbaşa günəş işığının düşmədiyi, qızdırıcı aparatlardan və güclü işıqdan uzaq olan yerdə saxlayın.