> Printerin saz vəziyyətdə saxlanması > Çap keyfiyyətinin artırılması > Kağız yolunun mürəkkəb ləkələrindən təmizlənməsi

Kağız yolunun mürəkkəb ləkələrindən təmizlənməsi

Çap olunan vərəqlərə mürəkkəb bulaşarsa və ya yayılarsa, barabanın içərisini təmizləyin.

Vacibdir:

Printerin içərisini təmizləmək üçün salfetdən istifadə etməyin. Printer başlığının gözləri liflərlə tutula bilər.

  1. Printerin idarəetmə panelində Texniki xidmət seçin.

  2. Kağız yönləndiricisinin təmizl. seçin.

  3. Kağız mənbəyi seçin, adi kağızı seçdiyiniz kağız mənbəyinə yükləyin, sonra kağızın yolunu təmizləmək üçün ekranda verilən göstərişlərə əməl edin.

    Kağızın əlavə edilməsi

    Qeyd:

    Kağıza mürəkkəb bulaşanadək bu proseduru təkrarlayın. Çap olunan vərəqlərə hələ də mürəkkəb bulaşıb və ya yayılıbsa, digər kağız mənbələrini təmizləyin.