> Vacib təlimatlar > Təhlükəsizlik təlimatları > Mürəkkəb üçün təhlükəsizlik təlimatları

Mürəkkəb üçün təhlükəsizlik təlimatları

  • Mürəkkəb çənləri, onların qapaqları, açıq mürəkkəb şüşələri və ya onların qapaqlarını götürdükdə mürəkkəbə toxunmayın.

    • Mürəkkəb dərinizə dəysə, həmin nahiyəni sabun və su ilə yaxşıca yuyun.

    • Mürəkkəb gözlərinizə düşərsə, dərhal su ilə yaxalayın. Yaxşıca yuduqdan sonra da diskomfort və ya görmə problemi davam edərsə, dərhal həkimə müraciət edin.

    • Müərrək ağzınıza dəyərsə, hərhal həkimə müraciət edin.

  • Texniki xidmət qutusunu hissələrə bölməyin, əks halda gözünüzə və ya dərinizə mürəkkəb düşə bilər.

  • Mürəkkəb şüşəsini çox bərk çalxalamayın, yaxud ciddi təsirlərə məruz qoymayın, çünki bu, mürəkkəbin axmasına səbəb ola bilər.

  • Mürəkkəb şüşələrini və texniki xidmət qutusunu uşaqların əli çatmayan yerdə saxlayın. Uşaqların mürəkkəb şüşələrindən içməsinə imkan verməyin.