> Fakslamaq > Kompüterdən faks göndərmək > Proqramdan istifadə etməklə yaradılmış sənədlərin göndərilməsi (Windows)

Proqramdan istifadə etməklə yaradılmış sənədlərin göndərilməsi (Windows)

Microsoft Word və ya Excel kimi proqramın Çap et menyusundan printer faksını seçməklə, yaratdığınız sənədlər, rəsmlər və cədvəllər kimi verilənləri örtük vərəqi ilə birbaşa ötürə bilərsiniz.

Qeyd:

Aşağıdakı izahat Microsoft Word-ü nümunə kimi istifadə edir. Faktiki əməliyyat istifadə etdiyiniz proqramdan asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat üçün proqramın kömək bölməsinə baxın.

  1. Proqramdan istifadə etməklə, faksla ötürmək üçün sənəd yaradın.

  2. Fayl menyusundan Çap et seçiminə klikləyin.

    Proqramın Çap et pəncərəsi görünür.

  3. Printer-də XXXXX (FAX) (XXXXX printerinizin adı olarsa) seçin və sonra faksın göndərilməsi üçün parametrləri yoxlayın.

    • Surətlərin sayında 1 müəyyən edin. Əgər 2 və ya daha çox müəyyən etsəniz, faks düzgün ötürülməyə bilər.
    • Siz çıxış portunu dəyişən Fayla çap et kimi funksiyalardan istifadə edə bilməzsiniz.
    • Bir faks ötürməsində örtük vərəq daxil olmaqla, 100-ə qədər səhifə ötürə bilərsiniz.
  4. Paper Size, Orientation, Color, Image Quality və ya Character Density müəyyən etmək istəyirsinizsə, Printer Xüsusiyyətləri və ya Xüsusiyyətlər üzərinə klikləyin.

    Ətraflı məlumat almaq üçün PC-FAX drayver köməyinə baxın.

  5. Çap et klikləyin.

    Qeyd:

    İlk dəfə FAX Utility istifadə etdiyiniz zaman məlumatınızı qeydiyyatdan keçirmək üçün pəncərə görünür. Vacib məlumatı daxil edin, sonra OK klikləyin. FAX Utility faks işlərini daxili baxımdan idarə etmək üçün Nickname istifadə edir. Digər məlumat örtük vərəqinə avtomatik əlavə olunur.

    Recipient Settings FAX Utility ekranı göstərilir.

  6. Qəbuledəni müəyyən edin və Növbəti klikləyin.

    • PC-FAX Phone Book-dan qəbuledənin seçilməsi (ad, faks nömrəsi və s.):
      Əgər qəbuledən telefon kitabçasında saxlanıbsa, aşağıdakı addımları həyata keçirin.
      PC-FAX Phone Book tab-vərəqəsi üzərinə klikləyin.
      Siyahıdan qəbuledəni seçin və Add üzərinə klikləyin.
    • Printerdə kontaktlardan qəbuledənin (ad, faks nömrəsi və s.) seçilməsi:
      Əgər qəbuledən printerdəki kontaktlarda saxlanıbsa, aşağıdakı addımları həyata keçirin.
      Contacts on Printer tab-vərəqəsi üzərinə klikləyin.
      Qeyd edək ki, printerinizdə inzibatçılara istifadəçilərin printerin faks parametrlərini dəyişdirməsini məhdudlaşdırmaq imkanı verən təhlükəsizlik funksiyası olduğundan davam etmək üçün siz inzibtaçı şifrəsini daxil etməli ola bilərsiniz.
      Siyahıdan kontaktları seçin və Add to Recipient pəncərəsində işinizi davam etdirmək üçün Add klikləyin.
      Göstərilən siyahıdan kontaktları seçin, sonra Edit klikləyin.
      Lazım gələrsə, Company/Corp.Title kimi şəxsi məlumatları əlavə edin, sonra Add to Recipient pəncərəsinə qayıtmaq üçün OK klikləyin.
      Lazım gələrsə, kontaktları PC-FAX Phone Book-da saxlamaq üçün Register in the PC-FAX Phone Book seçim xanasını seçin.
      OK üzərinə klikləyin.
    • Qəbuledənin (ad, faks nömrəsi və s.) birbaşa müəyyənləşdirilməsi:
      Aşağıdakı addımları həyata keçirin.
      Manual Dial tab-vərəqəsi üzərinə klikləyin.
      Zəruri məlumatı daxil edin.
      Add üzərinə klikləyin.
      Daha sonra Save to Phone Book üzərinə klikləməklə, siz qəbuledəni PC-FAX Phone Book tab-vərəqəsinin altında olan siyahıda saxlaya bilərsiniz.
      Qeyd:
      • Əgər printerinizin Xətt növüPBX-ə təyin olunubsa və giriş kodu dəqiq prefiks kodu daxil etmək əvəzində # (heş) istifadə olunmasına təyin olunubsa, # (heş) basın. Təfərrüatlar üçün aşağıdakı keçiddə Əlaqəli Məlumatdan Əsas Parametrlər-də Xətt növü-a baxın.

      • Əgər siz FAX Utility əsas ekranında Optional Settings-də Enter fax number twice seçmisinizsə, Add və ya Növbəti kliklədiyiniz zaman eyni nömrəni yenidən daxil etməlisiniz.

    Qəbuledən pəncərənin yuxarı hissəsində göstərilən Recipient List-ə əlavə olunur.

  7. Örtük vərəqinin məzmununu müəyyənləşdirin.

    Örtük vərəqi əlavə etmək üçün Cover Sheet-dən nümunələrin birini seçin. SubjectMessage daxil edin. Qeyd edək ki, orijinal örtük vərəqi yaratmaq və ya siyahıya orijinal örtük vərəqi əlavə etmək üçün funksiya yoxdur.

    Əgər örtük vərəqi qoşmaq istəmirsinizsə, Cover Sheet-dən No cover sheet seçin.

    Əgər örtük vərəqindəki elementlərin ardıcıllığını dəyişdirmək istəyirsinizsə, Cover Sheet Formatting klikləyin. Siz Paper Size-da örtük vərəqi ölçüsünü seçə bilərsiniz. Siz həm də ötürülən sənədə müxtəlif ölçüdə örtük vərəqi seçə bilərsiniz.

    Əgər örtük vərəqindəki mətn üçün istifadə olunan şrifti və ya şriftin ölçüsünü dəyişdirmək istəyirsinizsə, Font klikləyin.

    Göndərənlə bağlı məlumatı dəyişdirmək istəyirsinizsə, Sender Settings klikləyin.

    Daxil etdiyiniz mövzu və mesajla örtük vərəqini yoxlamaq istəsəniz, Detailed Preview klikləyin.

    Növbəti klikləyin.

  8. Ötürmə məzmununu yoxlayın və Send klikləyin.

    Ötürməmişdən öncə qəbuledənin adı və faks nömrəsinin düzgün olduğuna əmin olun. Ötürüləcək örtük vərəqi və sənədə önbaxış etmək üçün Preview üzərinə klikləyin.

    Ötürmə başlayan kimi ötürmə vəziyyətini göstərən pəncərə görünəcəkdir.

    Qeyd:
    • Ötürməni dayandırmaq üçün verilənləri seşin və Ləğv et klikləyin. Siz həm də printerin idarə panelindən istifadəni ləğv edə bilərsiniz.

    • Əgər ötürmə zamanı xəta baş verərsə, Communication error pəncərəsi görünəcəkdir. Xəta ilə bağlı məlumatı yoxlayın və yenidən ötürün.

    • Əgər Display Fax Status Monitor During Transmission FAX Utility əsas ekranının Optional Settings ekranında görünməzsə, Fax Status Monitor ekranı (ötürmə vəziyyətini yoxlaya bildiyiniz yuxarıda qeyd olunan ekran) görünməyəcəkdir.