> Surət çıxarmaq > Surətçıxarma üçün Əsas Menyu Seçimləri

Surətçıxarma üçün Əsas Menyu Seçimləri

Qeyd:

Elementlər təyin etdiyiniz digər parametrlərdən asılı olaraq əlçatan olmaya bilər.

Rəng Rejimi:

Rəngli və ya monoxromda köçürüb-köçürməməyi seçin.

  • Ağ-Qara

    Orijinalı qara və ağ rəngdə kopyalayır (monoxrom).

  • Rəngli

    Orijinalı rəngli kopyalayır.

Sıxlıq:

Kopyalanmanın nəticələri zəif göründükdə sıxlığın səviyyəsini artırın. Mürəkkəb ləkə salarkən sıxlığın səviyyəsini azaldın.

Kağız Parametri:

İstifadə etmək istədiyiniz kağız mənbəyini seçin. Avto seçiləndə, avtomatik aşkarlanmış orijinal ölçü və göstərilən böyütmə nisbətindən asılı olaraq, uyğun ölçü avtomatik yerləşdirilir.

Azalt/Böyüt:

Böyütmə və ya kiçiltmənin artırılmasını konfiqurasiya edir. Dəyərə toxunun və 25 – 400% diapazonu arasında orijinalı böyütmək və ya kiçiltmək üçün istifadə edilən böyütməni göstərin.

  • Avto

    Orijinal ölçünü avtomatik olaraq kağız ölçüsünün böyüdülməsinə görə böyüdün və ya kiçildin. Məsələn, orijinal ölçünü A6, kağız ölçüsünü isə A4 olaraq təyin etsəniz, böyütmə avtomatik olaraq 200% dəyərinə uyğunlaşdırılır.

    Orijinalın ətrafında ağ haşiyələr olan zaman, skaner şüşəsinin künc işarəsindən () ağ kənar boşluqlar skan sahəsi kimi aşkarlanır, lakin qarşı tərəfdəki kənar boşluqlar kəsilə bilər.

  • Kağ.sığ.üç.kiçilt

    Kağızın ölçüsünə sığışdırmaq üçün skanlanmış təsviri Azalt/Böyüt dəyərindən daha kiçik ölçüdə köçürür. Əgər Azalt/Böyüt dəyəri kağızın ölçüsündən daha böyükdürsə, verilənlər kağızın kənarlarından qırağa çap edilə bilər.

  • Faktiki Ölçü

    100% miqyasda kopyalayır.

  • A3→A4 və digərləri

    Müəyyən kağız ölçüsünə uyğunlaşdırmaq üçün orijinalı avtomatik olaraq böyüdür və ya kiçildir.

Orijinalın Növü:

Orijinalınızın növünü seçin. Orijinalın növünə uyğunlaşması üçün optimal keyfiyyətdə köçürür.

2-Tərəfli:

2-tərəfli düzəni seçin.

  • 1→1-Tərəfli

    Orijinalın bir tərəfini kağızın bir tərəfinə kopyalayır.

  • 2>2-Tərəfli

    Bir ikitərəfli orijinalın hər iki tərəfini bir kağız vərəqinin hər iki tərəfinə kopyalayır. Orijinalınızın istiqamətini və orijinal və kağızın bəndləmə mövqeyini seçin.

  • 1>2-Tərəfli

    İki birtərəfli orijinalı bir kağız vərəqinin hər iki tərəfinə kopyalayır. Orijinalınızın istiqaməti və kağızın bəndləmə mövqeyini seçin.

  • 2>1-Tərəfli

    Bir ikitərəfli orijinalın hər iki tərəfini iki kağız vərəqinin bir tərəfinə kopyalayır. Orijinalınızın istiqaməti və orijinalın bəndləmə mövqeyini seçin.