Əgər printerin xarici korpusu çirkli və ya tozludursa, printeri söndürün və onu yumşaq, təmiz və nəm dəsmal ilə təmizləyin. Əgər çirki təmizləyə bilmirsinizsə, yumşaq, təmiz və azacıq yuyucu toz ilə isladılmış dəsmal ilə təmizləməyə cəhd edin.

Printer mexanizmi və ya istənilən elektrik komponentlərinin içərisinə su daxil olmaması üçün ehtiyatlı olun. Əks halda, printer zədələnə bilər.
Printerin qapağını heç vaxt spirt və ya boya nazikləşdirici məhlul ilə təmizləməyin. Bu kimyəvi maddələr komponentlər və korpusu zədələyə bilər.
Printerin içərisindəki ağ düz kabelə, yarımşəffaf hissəyə və mürəkkəb borularına toxunmayın. Yoxsa pis işləyə bilər.
