İdarəetmə panelindəki menyuları aşağıda göstərildiyi kimi seçin.
Siz inzibatçı tərəfindən kilidlənən parametrləri dəyişdirə bilməzsiniz.
Kağız mənbəyinə əlavə etdiyiniz kağızın ölçüsünü və növünü seçin.Siz kağız ölçüsü və kağız növündə Sevimli Kağız Parametrl parametrini seçə bilərsiniz.
Məktub kimi təyin edilmiş kağız mənbəyi olmayanda A4 ölçüsü kimi təyin edilmiş kağız mənbəyindən kağız yerləşdirmək və ya A4 kimi təyin edilmiş kağız mənbəyi olmayanda Məktub ölçüsü kimi təyin edilmiş kağız mənbəyindən yerləşdirmək üçün Aktiv seçin.
Kağız qurtardıqdan sonra, o, avtomatik şəkildə çap işləri üçün kağız parametrləri ilə eyni parametrlərə malik olan kağız mənbəyindən ötürülür. Kopyalama, faks və ya digər funksiyaıar üçün avtomatik seçim qurmaq olar. Bütün seçimləri qeyri-aktiv etmək mümkün deyil.
Çap işləri üçün kağız parametrlərində xüsusi kağız mənbəyini seçdikdə bu parametr qeyri-aktiv olur. Prinetrin drayverinin Əsas tab-vərəqəsində kağız növünün parametrindən asılı olaraq kağız avtomatik şəkildə verilməməyə də bilər.
Bu çap parametrləri, printer drayverindən istifadə etmədən kənar cihaz ilə çap edərkən tətbiq edilir. Ofset parametrləri printer drayverindən istifadə edəndə tətbiq edilir.
Kağızın üst kənar boşluğunu tənzimləyin.
Kağızın sol kənar boşluğunu tənzimləyin.
2-üzlü çap icra edərkən səhifənin arxası üçün üst kənar boşluğunu tənzimləyin.
2-üzlü çap icra edərkən səhifənin arxası üçün sol kənar boşluğunu tənzimləyin.
Çapdan əvvəl kağızın enini yoxlamaq üçün Aktiv seçin. Kağız ölçüsü parametri yanlış olanda bu, kağızın kənarlarından kənarda çapın qarşısını alır, lakin çap sürətini azalda bilər.
Çap məlumatlarındakı boş səhifələri avtomatik keçir.
2-tərəfli çap səhvi və ya yaddaşın dolu olması səhvi baş verən zaman icra etmək üçün əməliyyat seçin.
Aktiv
2-tərəfli çap səhvi baş verəndə xəbərdarlıq göstərir və tək tərəfli rejimdə çap edir, yaxud yaddaşın dolu olması səhvi baş verəndə yalnız printerin emal edə bildiyini çap edir.
Sön
Səhv mesajı göstərir və çapı ləğv edir.
Yaddaş Cihazı:
Printerin daxil edilmiş yaddaş cihazına daxil olmasına icazə vermək üçün Aktivləşdir seçin.Əgər Deaktiv et seçilibsə, verilənləri yaddaş cihazına printer ilə saxlaya bilməzsiniz.Bu, məxfi sənədlərin qeyri-qanuni yığışdırılmasının qarşısını alır.
Fayl Paylaşması:
Yaddaş cihazına USB-yə qoşulmuş kompüter və ya şəbəkəyə qoşulmuş kompüterdən yazma girişini verib-verməməyi seçin.
Mürəkkəbin çap materiallarınızı qaraltmasının qarşısını almaq üçün Aktiv seçin, lakin bu, çap sürətini azalda bilər.
Çap edən zaman çapın sıxlığını azaltmaqla kağızın büzüşməsini azaltmaq üçün Aktiv seçin.
Çap zamanı səsi azaltmaq üçün Aktiv seçin, lakin bu, çap sürətini azalda bilər. Seçdiyiniz kağız növündən və çap keyfiyyətindən asılı olaraq printerin səs səviyyəsində heç bir fərq olmaya bilər.
2-tərəfli çap icra edərkən istifadə etmək istədiyiniz mürəkkəbin quruma vaxtını seçin.Printer bir tərəfi çap etdikdən sonra digər tərəfi çap edir.Əgər çap materialınız qaralanıbsa, vaxtın qurulmasını artırın.
Çapın istiqamətini dəyişdirmək üçün Aktiv seçin; Çap başlığı sola və sağa hərəkət edərkən çap edir.Çap materialınızdakı şaquli və ya üfüqi xətlər bulanıq alınırsa və ya sürüşürsə, bu funksiyanın qeyri-aktivləşdirilməsi problemi həll edə bilər, lakin bu, çapın sürətini azalda bilər.