> Printerin saz vəziyyətdə saxlanması > Printerin Daşınması və Saxlanması

Printerin Daşınması və Saxlanması

Köçərkən və ya təmir üçün aparan zaman printeri saxlamaq və ya daşımaq lazım olanda printeri qablaşdırmaq üçün aşağıdkı addımlara əməl edin.

  1. düyməsini basaraq printeri söndürün.

  2. Enerji işığının sönük olmasına əmin olun və ardından elektrik kabelini çıxarın.

    Vacibdir:

    Enerji işığı sönülü olduqda elektrik naqilini rozetkadan çıxarın. Yoxsa, çap başlığı əsas vəziyyətinə qayıtmır və mürəkkəb quruyur, nəticədə isə çap etmək mümkün olmur.

  3. Elektrik kabeli və USB kabeli kimi bütün kabelləri çıxarın.

  4. Bütün kağızları printerdən çıxarın.

  5. Printerdə orijinalların qalmadığına əmin olun.

  6. Mürəkkəb çəninin qapağını kip bağlayın.

  7. Mürəkkəb çəninin örtüyünü möhkəm bağlayın.

  8. Printeri aşağıdakı kimi qablaşdırmağa hazırlayın.

  9. Printeri sellofan paketə yerləşdirin və büküb bağlayın.

  10. Qoruyucu materiallardan istifadə edərək printeri qutusuna qoyun.

Vacibdir:
  • Printeri saxlayanda və ya daşıyanda printeri sellofan paketə yerləşdirin və büküb bağlayın. Printeri əyməyin, onu şaquli yerləşdirməyin və ya yuxarısı aşağı olmaqla çevirməyin; əks halda, mürəkkəb axa bilər.

  • Mürəkkəb şüşəsini saxlayarkən və ya daşıyarkən şüşəni əyməyin və təsirlərə və ya temperatur dəyişməsinə məruz qalmasına yol verməyin.Yoxsa, qapağı kip bağlansa belə, mürəkkəb sıza bilər.Qapağı kip bağlayarkən mürəkkəb şüşəsinin dik oturmasına diqqət yetirin və şüşəni daşıyarkən, məsələn şüşəni çantaya qoyarkən mürəkkəbin sızmasına yol verməyin.

  • Açıq mürəkkəb şüşələrini printer qutusuna yerləşdirməyin.

Növbəti dəfə çap edərkən çap keyfiyyəti azalarsa, çap başlığını təmizləyin və düzləndirin.