PIN Kod Quraşdırması (WPS) ilə Wi-Fi Parametrlərinin Təyini

PIN koddan istifadə etməklə simsiz yönləndiriciyə avtomatik qoşula bilərsiniz. Əgər simsiz yönləndiricinin WPS (Wi-Fi İlə Qorunmuş Quraşdırma) imkanı varsa, bu üsuldan istifadə edə bilərsiniz. Simsiz yönləndiriciyə PIN kodu daxil etmək üçün kompüterdən istifadə edin.

  1. Əsas ekranda Wi-Fi-ı qurmaq seçin.

    Element seçmək üçün düymələrini istifadə edin və sonra OK düyməsinə basın.

  2. Wi-Fi seçin.

  3. Davam etmək üçün OK düyməsini basın.

  4. Digərləri seçin.

  5. PIN Kod (WPS) seçin.

  6. Printerin idarəetmə panelində göstərilən PİN kodu (səkkiz rəqəmli nömrə) iki dəqiqə ərzində simsiz yönləndiriciyə daxil etmək üçün kompüterinizi isitfadə edin.

    Qeyd:

    PIN kodu daxil etmək ilə bağlı ətraflı məlumat üçün simsiz yönləndirici ilə verilən sənədlərə baxın.

  7. Printerdə OK düyməsinə basın.

    Quraşdırma quraşdırmanın tamamlanması haqqında mesaj görünəndə tamamlanır.

    Qeyd:

    Bağlantı baş tutmasa, simsiz yönləndiricini yenidən başladın, onu printerə yaxınlaşdırın və yenidən cəhd edin. Hələ də işləmirsə, bağlantı hesabatını çap edin və həll yolunu yoxlayın.