PİN Kod Quraşdırması (WPS) ilə Wi-Fi Parametrlərinin Təyini

PIN koddan istifadə etməklə simsiz yönləndiriciyə avtomatik qoşula bilərsiniz. Əgər simsiz yönləndiricinin WPS (Wi-Fi İlə Qorunmuş Quraşdırma) imkanı varsa, quraşdırmaq üçün bu üsuldan istifadə edə bilərsiniz. Simsiz yönləndiriciyə PİN kodu daxil etmək üçün kompüterdən istifadə edin.

  1. Əsas ekranda toxunun.

  2. Wi-Fi (Tövsiyə edilir) seçin.

    Əgər printer artıq Ethernet-lə qoşulubsa, Ruter seçin.

  3. Quraşdırmanı başlat üzərinə toxunun.

    Əgər şəbəkə bağlantısı artıq quraşdırılıbsa, bağlantı təfərrüatları göstərilir. Parametrləri dəyişdirmək üçün Parametrləri dəyiş seçiminə toxunun.

    Əgər printer artıq Ethernet-lə qoşulubsa, Wi-Fi bağlantısına dəyiş. toxunun, sonra isə mesajı yoxladıqdan sonra Bəli seçin.

  4. Digərləri > PIN kodun quraşd. (WPS) seçin.

  5. Printerin idarə panelində göstərilən PİN kodu (səkkiz rəqəmli nömrə) kompüterinizi isitfadə edərək simsiz yönləndiriciyə iki dəqiqə ərzində daxil edin.

    Qeyd:

    PİN kodu daxil etmək ilə bağlı ətraflı məlumat üçün simsiz yönləndirici ilə verilən sənədlərə baxın.

  6. Printerin idarə panelində Quraşdırmanı başlat seçiminə toxunun.

  7. Ekranı bağlayın.

    Ekran konkret vaxt müddətindən sonra avtomatik bağlanır.

    Qeyd:

    Bağlantı baş tutmasa, simsiz yönləndiricini yenidən başladın, onu printerə yaxınlaşdırın və yenidən cəhd edin. Hələ də işləmirsə, bağlantı hesabatını çap edin və həll yolunu yoxlayın.

  8. Şəbəkə Bağlantısı Parametrləri ekranını bağlayın.