Köçərkən və ya təmir üçün aparan zaman printeri saxlamaq və ya daşımaq lazım olanda printeri qablaşdırmaq üçün aşağıdkı addımlara əməl edin.
düyməsini basaraq printeri söndürün.
Enerji işığının sönük olmasına əmin olun və ardından elektrik kabelini çıxarın.
Enerji işığı sönülü olduqda elektrik naqilini rozetkadan çıxarın. Yoxsa, çap başlığı əsas vəziyyətinə qayıtmır və mürəkkəb quruyur, nəticədə isə çap etmək mümkün olmur.
Elektrik kabeli və USB kabeli kimi bütün kabelləri çıxarın.
Bütün kağızları printerdən çıxarın.
Printerdə orijinalların qalmadığına əmin olun.
Açıqdırsa, sənəd qapağını bağlayın.
İdarəetmə panelini qaldırın.
Skaner qurğusunu çıqqıldıyanadək açın.
Lent ilə çap başlığını korpusa bərkidin.
Lenti aşağıda göstərildiyi kimi, dəlikləri örtmədən tətbiq etdiyinizə əmin olun, əks halda skaner qurğusunu bağlaya bilməyəcəksiniz.
Skaner qurğusunu bağlayın.
Təhlükəsizlik üçün skaner qurğusu iki mərhələ ilə bağlanır.
Yenidən açıla bilməsi üçün skaner qurğusu tamamilə bağlanmalıdır.
Mürəkkəb çəninin qapağını kip bağlayın.
Mürəkkəb çəninin örtüyünü möhkəm bağlayın.
Printeri aşağıdakı kimi qablaşdırmağa hazırlayın.
Printeri sellofan paketə yerləşdirin və büküb bağlayın.
Qoruyucu materiallardan istifadə edərək printeri qutusuna qoyun.

Printeri saxlayanda və ya daşıyanda printeri sellofan paketə yerləşdirin və büküb bağlayın. Printeri əyməyin, onu şaquli yerləşdirməyin və ya yuxarısı aşağı olmaqla çevirməyin; əks halda, mürəkkəb axa bilər.

Mürəkkəb şüşəsini saxlayarkən və ya daşıyarkən şüşəni əyməyin və təsirlərə və ya temperatur dəyişməsinə məruz qalmasına yol verməyin.Yoxsa, qapağı kip bağlansa belə, mürəkkəb sıza bilər.Qapağı kip bağlayarkən mürəkkəb şüşəsinin dik oturmasına diqqət yetirin və şüşəni daşıyarkən, məsələn şüşəni çantaya qoyarkən mürəkkəbin sızmasına yol verməyin.
Açıq mürəkkəb şüşələrini printer qutusuna yerləşdirməyin.

Printeri yenidən istifadə etdikdə, çap başlığını saxlayan lenti çıxarın. Növbəti dəfə çap edərkən çap keyfiyyəti azalarsa, çap başlığını təmizləyin və düzləndirin.