ADF-dən surəti çıxarılan və ya skanlanan şəkillərdə mürəkkəb ləkəsi olarsa və ya orijinallar ADF-ə düzgün ötürülməsə, ADF-i təmizləyin.
Printeri heç vaxt spirt və ya həlledici məhlullarla təmizləməyin. Bu kimyəvi maddələr printerə ziyan vura bilər.
ADF qapağını açın.

Barabanı və ADF-in içərisini yumşaq, nəm parça ilə təmizləyin.

Quru dəsmaldan istifadə barabanın səthini zədələyə bilər. Baraban quruduqdan sonr ADF-dən istifadə edin.
Sənəd örtüyünü açın.
Hər iki tabı buraxın və sənəd altlığını çıxarın.

Şəkildə qeyd edilən hissəni təmizləyin.


Şüşə səthinə yağ və ya başqa çətin çıxan maddələrin ləkəsi dəyərsə, az miqdarda şüşə təmziləyici və yumşaq parça ilə onu təmizləyin. Qalan mayeni tamamən silib qurulayın.
Şüşə səthi möhkəm basmayın.
Şüşənin səthini çızmayın və ya zədələməyin. Şüşə səth zədələnsə, skanlama keyfiyyəti pisləşə bilər.
Sənəd altlığını yenidən taxın.
Sənəd örtüyünü bağlayın.
Klik səsi gələnə qədər ADF örtüyünü bağlayın.
