Diskdə çap etməzdən əvvəl diskin idarə edilməsi ilə bağlı xəbərdarlıqlara baxın.
Printer işlək vəziyyətdə olanda disk/ID kartı altlığını daxil etməyin. Bu, printerə ziyan verə bilər.
Çap məlumatını göndərənə və
işığı yanmayana qədər disk/ID kartı altlığını daxil etməyin. Əks halda, xəta baş verir və altlıq çıxarılır.
Çıxış altlığı çıxarılanda, rəfdə kağız olmadığını yoxlayın və sonra onu əlinizlə itələyərək bağlayın.
Kompüterdən çap məlumatlarını göndərin.
işığı yandıqda diski yükləmək üçün aşağıdakı təlimatlara əməl edin.
Çıxış rəfinin altında saxlanılan disk/ID kartı altlığını çıxarın.

Disk/ID kartı altlığının təmiz olduğunu yoxlayın. Çirklidirsə, nəm və təmiz bir parça ilə qabı təmizləyin.

Çap oluna bilən üzü yuxarı olmaqla diski disk/ID kartı altlığına yerləşdirin.
Diskin ortasına basaraq onu disk/ID kartı altlığına bərkidin. Diskin çıxmadığını və disk/ID kartı altlığına möhkəm oturduğunu yoxlamaq üçün altlığı çevirin.

Altlığın disk tərəfini printerə tərəf tutub disk/ID kartı altlığını yerləşdirin. Disk/ID kartı altlığındakı işarələr məhsulun ön hissəsinə oturana qədər daxil edin.

Altlığı printerə daxil edərkən yüngül sürtünmə hiss edə bilərsiniz. Bunun olması normaldır və siz üfüqi istiqamətdə daxil etməyə davam etməlisiniz.
Çap prosesini başlatmaq üçün
düyməsini basın.
Çapdan sonra avtomatik çıxarılanda disk/ID kartı altlığını çıxarın və sonra altlıqdan diski götürün.
Disk/ID kartı altlığını yenidən çıxış rəfinin altındakı yuvaya daxil edin.
Çap tamamlandıqdan sonra disk/ID kartı altlığını çıxardığınızdan əmin olun. Disk/ID kartının altlığını çıxarmasanız və printeri yandırsanız və ya söndürsəniz, yaxud başlığın təmizlənməsi funksiyasını icra etsəniz, altlıq çap başlığına çırpılacaq və bu, printerin işində nasazlığın yaranmasına səbəb ola bilər.