Çap diapozonunu müəyyən edin. Xarici diametr üçün maksimum 120 mm və daxili diametr üçün minimum 18 mm müəyyən edilə bilər. Parametrdən asılı olaraq, CD/DVD və ya CD/DVD altlığı çirklənə bilər. CD/DVD-nin çap edilə bilən sahəsini uyğunlaşdırmaq üçün diapozunu seçin.
CD/DVD çap et, A4 kağızında test çap
CD/DVD-yə çap etməyi və ya A4 ölçülü adi kağız üzərində sınaq çapı etməyi seçin. A4 kağızında test çap seçdiyiniz zaman, siz CD/DVD-yə çap etmədən öncə çap nəticəsini yoxlaya bilərsiniz.
(Çap mövqeyinin tənzimlənməsi)
Orijinalı çap etməyə başlayır və skanlanmış şəkli göstərir. Önbaxış ekranında çap vəziyyətini tənzimləyə bilərsiniz.
Rəngli
Orijinalı rəngli kopyalayır.
Ağ-Qara
Orijinalı qara və ağ rəngdə kopyalayır (monoxrom).
(Sıxlıq)
Kopyalanmanın nəticələri zəif göründükdə + istifadə etməklə sıxlığın səviyyəsini artırın. Mürəkkəb ləkə salarkən - istifadə etməklə sıxlığın səviyyəsini azaldın.
Keyfiyyət
Surətçıxarma üçün keyfiyyəti seçin. Yüksək seçilməsi daha yüksək keyfiyyət təmin edir, lakin çap sürəti daha zəif ola bilər. Daha yüksək keyfiyyətdən istifadə edərək adi kağızda çap etmək istəyirsinizsə, Əla seçin. Nəzərə alın ki, çap sürəti nəzərəçarpacaq dərəcədə zəifləyə bilər.