Siz PIN koddan istifadə etməklə simsiz yönləndiriciyə avtomatik qoşula bilərsiniz. Əgər simsiz yönləndiricinin WPS (Wi-Fi İlə Qorunmuş Quraşdırma) imkanı varsa, bu üsuldan istifadə edə bilərsiniz. Simsiz yönləndiriciyə PİN kodu daxil etmək üçün kompüterdən istifadə edin.
Əsas ekranda
toxunun.
Wi-Fi (Tövsiyə edilir) üzərinə toxunun.
Əgər printer artıq Ethernet ilə qoşulubsa, Ruter üzərinə toxunun.
Quraşdırmanı başlat üzərinə toxunun.
Əgər şəbəkə bağlantısı artıq quraşdırılıbsa, bağlantı təfərrüatları göstərilir. Parametrləri dəyişdirmək üçün Parametrləri dəyiş seçiminə toxunun.
Əgər printer artıq Ethernet ilə qoşulubsa, Wi-Fi bağlantısına dəyiş. üzərinə toxunun, sonra mesajı təsdiqlədikdən sonra Bəli üzərinə toxunun.
Digərləri > PIN kodun quraşd. (WPS) toxunun.
Printerin idarə panelində göstərilən PİN kodu (səkkiz rəqəmli nömrə) kompüterinizi isitfadə edərək simsiz yönləndiriciyə iki dəqiqə ərzində daxil edin.
PİN kodu daxil etmək ilə bağlı ətraflı məlumat üçün simsiz yönləndirici ilə verilən sənədlərə baxın.
Printerin idarə panelində Quraşdırmanı başlat seçiminə toxunun.
Bağla üzərinə toxunun.
Əgər Bağla düyməsinə toxunmasanız, ekran spesifik vaxt uzunluğundan sonra avtomatik bağlanır.
Bağlantı baş tutmasa, simsiz yönləndiricini yenidən başladın, onu printerə yaxınlaşdırın və yenidən cəhd edin. Hələ də işləmirsə, bağlantı hesabatını çap edin və həll yolunu yoxlayın.
Şəbəkə bağlantısı ekranında Bağla toxunun.