> Problemlərin həlli > Printer Nəzərdə Tutulan kimi İşləmir > Status Menyusunda Xəta Kodu Göstərilir

Status Menyusunda Xəta Kodu Göstərilir

İş uğurla başa çatmazsa, hər işin tarixində göstərilən xəta kodunu yoxlayın. Xəta kodunu düyməsini basmaqla, sonra isə İşin Statusu seçməklə yoxlaya bilərsiniz. Problemi və onun çözümünü tapmaq üçün aşağıdakı cədvələ baxın.

Kod

Problem

Həll yolu

001

Məhsul enerji nasazlığı nəticəsində söndürülüb.

-

101

Printerin yaddaşı dolub.

Çap işinin ölçüsünü azaltmaq üçün aşağıdakı üsullardan istifadə edin.

  • Çap keyfiyyəti və ayırdetmə dəqiqliyini azaldın.

  • Format parametrini dəyişdirin.

  • Təsvirlərin, çap işində istifadə edilən hərflər və ya şriftlərin sayını azaldın.

102

Mümkün yaddaş yeri çatışmazlığına görə toplu çap alınmadı.

  • Parametrlər > Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Daxili Yaddaş Məlumatlarını Təmizlə > PDL Şrifti, Makro seçin və sonra endirdiyiniz şriftlər və makrosları təmizləyin.

  • Çap işinin ölçüsünü azaltmaq üçün aşağıdakı üsullardan istifadə edin. Əgər bu üsullardan istifadə etmək istəmirsinizsə, bir dəfəyə bir surət çıxarmağa cəhd edin.

    • Çap keyfiyyəti və ayırdetmə dəqiqliyini azaldın.

    • Format parametrini dəyişdirin.

    • Təsvirlərin, çap işində istifadə edilən hərflər və ya şriftlərin sayını azaldın.

103

Mümkün yaddaş yeri çatışmazlığına görə çap keyfiyyəti azaldılıb.

Əgər çap keyfiyyətini azaltmaq istəmirsinizsə, çap işinin ölçüsübü azaltmaq üçün aşağıdakı üsulları sınaqdan keçirin.

  • Format parametrini dəyişdirin.

  • Təsvirlərin, çap işində istifadə edilən hərflər və ya şriftlərin sayını azaldın.

104

Mümkün yaddaş yeri çatışmazlığına görə əksinə çap alınmadı.

  • Parametrlər > Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Daxili Yaddaş Məlumatlarını Təmizlə > PDL Şrifti, Makro seçin və sonra endirdiyiniz şriftlər və makrosları təmizləyin.

  • Əgər əksinə çap etmək istəyirsinizsə, çap işinin ölçüsünü azaltmaq üçün aşağıdakı üsulları sınaqdan keçirin.

    • Çap keyfiyyəti və ayırdetmə dəqiqliyini azaldın.

    • Format parametrini dəyişdirin.

    • Təsvirlərin, çap işində istifadə edilən hərflər və ya şriftlərin sayını azaldın.

106

İdarəetmə parametrlərinə müraciətə görə kompüterdən çap etmək mümkün deyil.

Printer administratoruna müraciət edin.

107

İstifadəçi əsilliyinin yoxlanması alınmadı. İş ləğv edilib.

  • İstifadəçi adı və parolunun düzgün olduğundan əmin olun.

  • Parametrlər > Ümumi Parametrlər > Sistemin İdarə Edilməsi > Təhlükəsizlik > Girişə Nəzarət seçin. İstifadəçinin məhdudlaşdırılması funksiyasını aktivləşdirin və sonra əsilliyi yoxlama məlumatı olmadan işə icazə verin.

108

Printer söndürüləndə məxfi iş verilənləri silindi.

-

110

Yüklənən kağız ikitərəfli çapı dəstəkləmədiyindən, iş yalnız bir tərəfdə çap edilib.

2-üzlü çap icra etmək istəyirsinizsə, 2-üzlü çapı dəstəkləyən kağız yükləyin.

111

Mümkün yaddaş tükənir.

Çap işinin ölçüsünü azaltmaq üçün aşağıdakı üsullardan istifadə edin.

  • Çap keyfiyyəti və ayırdetmə dəqiqliyini azaldın.

  • Format parametrini dəyişdirin.

  • Təsvirlərin, çap işində istifadə edilən hərflər və ya şriftlərin sayını azaldın.

120

Açıq platformadan istifadə edərək qoşulmuş server ilə əlaqə qurmaq mümkün deyil.

Server və ya şəbəkədə səhvlər olmadığından əmin olun.

301

Məlumatların yaddaş cihazında saxlanması üçün kifayət qədər mövcud yaddaş yeri yoxdur.

  • Yaddaş cihazında yaddaş yerini artırın.

  • Sənədlərin sayını azaldın.

  • Skanlanmış təsvirin ölçüsünü azaltmaq üçün skanlamanın əksetmə qabiliyyətini azaldın və ya sıxılma nisbətini artırın.

302

Yaddaş cihazı yazılmadan qorunur.

Yaddaş cihazında yazılmadan qorunmanı qeyri-aktivləşdirin.

303

Skanlanmış təsviri yaddaşda saxlamaq üçün heç bir qovluq yaradılmayıb.

Digər yaddaş cihazını yerləşdirin.

304

Yaddaş cihazı çıxarılıb.

Yaddaş cihazını yenidən yerləşdirin.

305

Məlumatların yaddaş cihazına saxlanması zamanı xəta baş verdi.

Xarici cihaza kompüterdən giriş edilərsə, bir az gözləyin və yenidən cəhd edin.

306

Printerin yaddaşı dolub.

Digər davam edən işlərin bitməsini gözləyin.

311

DNS xətası baş verib.

  • Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Qabaqcıl > TCP/IP seçin, sonra isə DNS parametrlərini yoxlayın.

  • Server, kompüter və ya giriş nöqtəsi üçün DNS parametrlərini yoxlayın.

312

Kimliyin yoxlanması xətası baş verib.

Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Qabaqcıl > E-poçt Serveri > Server Parametrləri seçin, sonra isə server parametrlərini yoxlayın.

313

Kommunikasiya xətası baş verib.

  • Printerin şəbəkəyə qoşulduğunu yoxlamaq üçün şəbəkə bağlantısı hesabatı çap edin.

  • E-poçt serveri parametrlərini yoxlamaq üçün Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Qabaqcıl > E-poçt Serveri > Server Parametrləri seçin. Bağlantı yoxlaması icra etməklə səhvin səbəbini yoxlaya bilərsiniz.

  • Parametrlərin və e-poçt serverinin kimliyin yoxlanması metodu uyğun gəlməyə bilər. Kimliyin yoxlanması metodu kimi Qeyri-Aktiv seçdiyiniz zaman e-poçt serverinin kimliyin yoxlanması metodunun Heç bir kimi qurulduğuna əmin olun.

314

Məlumatların ölçüsü bərkidilmiş faylların maksimal ölçüsündən çoxdur.

  • Skanlama parametrlərində Qoşma Faylın Maks.Ölçüsü parametrini artırın.

  • Skanlanmış təsvirin ölçüsünü azaltmaq üçün skanlamanın əksetmə qabiliyyətini azaldın və ya sıxılma nisbətini artırın.

315

Printerin yaddaşı dolub.

Digər davam edən işlərin bitməsindən sonra təkrar cəhd edin.

316

Poçtun şifrləmə səhvi baş verib.

  • Şifrləmə sertifikatı parametrinin düzgün olduğundan əmin olun.

  • Printerin vaxt parametrinin düzgün olduğundan əmin olun.

317

Poçt imzası səhvi baş verib.

  • İmzalama sertifikatı parametrinin düzgün olduğundan əmin olun.

  • Printerin vaxt parametrinin düzgün olduğundan əmin olun.

321

DNS xətası baş verib.

  • Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Qabaqcıl > TCP/IP seçin, sonra isə DNS parametrlərini yoxlayın.

  • Server, kompüter və ya giriş nöqtəsi üçün DNS parametrlərini yoxlayın.

322

Kimliyin yoxlanması xətası baş verib.

Məkan parametrlərini yoxlayın.

323

Kommunikasiya xətası baş verib.

  • Məkan parametrlərini yoxlayın.

  • Printerin şəbəkəyə qoşulduğunu yoxlamaq üçün şəbəkə bağlantısı hesabatı çap edin.

324

Eyni adlı fayl artıq göstərilən qovluqda mövcuddur.

  • Eyni adlı faylı silin.

  • Fayl Parametrlərində adın ön şəkilçisini yoxlayın.

325

326

Göstərilən qovluqda kifayət qədər yaddaş yeri yoxdur.

  • Göstərilən qovluqda yaddaş yerini artırın.

  • Sənədlərin sayını azaldın.

  • Skanlanmış təsvirin ölçüsünü azaltmaq üçün skanlamanın əksetmə qabiliyyətini azaldın və ya sıxılma nisbətini artırın.

327

Printerin yaddaşı dolub.

Digər davam edən işlərin bitməsini gözləyin.

328

Təyinat yanlış idi və ya təyinat mövcud deyil.

Məkan parametrlərini yoxlayın.

330

FTPS/FTPS təhlükəsiz bağlantı səhvi baş verib.

  • Təyinat parametrlərində yeri yoxlayın.

  • Web Config-i icra edin, sonra kök sertifikatı yeniləyin.

  • Web Config-i icra edin və sonra CA sertifikatı idxal edin və ya yeniləyin.

Əgər səhvi təmizləmək mümkün deyilsə, təyinat parametrlərində sertifikatın yoxlanmasını eyri-aktiv təyin edin.

331

Təyinat siyahısını əldə edərkən rabitə xətası baş verdi.

Printerin şəbəkəyə qoşulduğunu yoxlamaq üçün şəbəkə bağlantısı hesabatı çap edin.

332

Skanlanan təsvirin təyinat yaddaşında saxlanması üçün kifayət qədər mövcud yaddaş yeri yoxdur.

Sənədlərin sayını azaldın.

333

Təyinat məlumatı skanlanmış təsvirin göndərilməsindən əvvəl serverə yükləndiyindən təyinatı tapmaq mümkün olmadı.

Təyinatı yenidən seçin.

334

Skanlanmış təsvirin göndərilməsi zamanı xəta baş verdi.

-

341

Kommunikasiya xətası baş verib.

  • Printer və kompüter üçün bağlantıları yoxlayın. Şəbəkə ilə qoşulursunuza, printerin şəbəkəyə qoşulduğunu yoxlamaq üçün şəbəkə bağlantısı hesabatı çap edin.

  • Kompüterdə Document Capture Pro quraşdırıldığına əmin olun.

350

FTPS/HTTPS sertifikatında səhv baş verib.

  • Tarix/vaxt və vaxt fərqləri parametrlərinin düzgün olduğundan əmin olun.