Veb-Brauzerdən istifadə etməklə məhsulun vəziyyətinin yoxlanması və dəyişdirilməsi

Siz veb-brauzerdən istifadə etməklə printerin veb interfeysinə ("Web Config" adlı) daxil ola bilərsiniz. Siz onda printerin vəziyyətini yoxlaya və dəyişdirə bilərsiniz. Printerlərin və kompüterlərin, yaxud smart cihazların İP ünvanları olmalı və onlar eyni şəbəkəyə qoşulu olmalıdırlar.

Qeyd:

Ekranlardakı kontent model və vəziyyətə görə dəyişir.

  1. Printerin İP ünvanını yoxlayın.

    Siz şəbəkə bağlantısı hesabatını çap etməklə İP ünvanını yoxlaya bilərsiniz.

    Qeyd:

    Əgər siz Wi-Fi Direct bağlantısının IP ünvanını və ya IPv6 məlumatını bilmək istəyirsinizsə, şəbəkə vəziyyəti vərəqini çap edin.

  2. Kompüter və ya smart cihazdan Veb-brauzeri açıb printerin İP ünvanını daxil edin.

    Format:

    IPv4: http://printerin IP ünvanı/

    IPv6: http://[printerin IP ünvanı]/

    Nümunələr:

    IPv4: http://192.168.100.201/

    IPv6: http://[2001:db8::1000:1]/

    Qeyd:
    • HTTPS vasitəsilə Web Config-ə müraciət zamanı xəbərdarlıq mesajı brauzerdə görünə bilər çünki printerdə saxlanan özü-imzalanan sertifikat istifadə edilir.

    • Smart cihazdan istifadə edərək Web Config proqramını Epson iPrint texniki dəstək ekranından da işə sala bilərsiniz.

  3. Lazım gələrsə, printerin vəziyyətini yoxlayın və dəyişdirin.

    Aşağıdakı səhifələr nümunədir. Bəzi modelləri dəyişdirmək mümkün deyil. Ətraflı məlumat üçün məhsulunuz üzrə İstifadəçi üçün təlimat və ya İnzibatçı üçün təlimat (yalnız spesifik model üçün mümkündür) baxın.

    • Basic Settings
      Siz printer üçün əsas parametrləri konfiqurasiya edə bilərsiniz.
    • Advanced Settings
      Siz printer üçün təkmil parametrləri konfiqurasiya edə bilərsiniz. Bu səhifə xüsusən inzibatçı üçündür.