Çap başlığı ucluqlarının tutulub-tutulmamasını yoxlamaq üçün ucluq yoxlaması nümunəsini çap edir.
Çap başlığının tutulan gözlərini təmizləyir. Bu funksiya mürəkkəbdən istifadə etdiyi üçün yalnız bəzi gözlər tutulduğu zaman çap başlığını təmizləyin. Çap başlığı nümunəsi çap edin və Təmizləmə seçin.
İş nizamlayıcısı pəncərəsini açır. Burada siz əvvəllər saxlanmış məlumatları aça və redaktə edə bilərsiniz.
EPSON Status Monitor 3 pəncərəsini açır. Printerin və işlərin vəziyyətini burada təsdiqləyə bilərsiniz.
Sizə EPSON Status Monitor 3 pəncərəsində elementlər üçün parametrləri qurmaq imkanı verir.
Sizə müxtəlif parametrlər qurmaq imkanı verir. Ətraflı məlumat üçün Yardım-ə baxmaq məqsədilə hər bir elementə sağla klikləyin.
Çap olunmağı gözləyən işləri göstərir. Siz çap işlərini yoxlaya, fasilə verə, yaxud davam etdirə bilərsiniz.
Printer drayveri pəncərəsində istifadə olunacaq dili dəyişdirir. Parametrləri tətbiq etmək üçün printer drayverini bağlayın, sonra onu yenidən açın.
İnternetdə proqramların ən son versiyalarını yoxlamaq üçün EPSON Software Updater seçimini başladır.