Faks göndərmək olmur

Aşağıdakı səbəbləri nəzərə almaq olar.

Bağlantı xətti fərdi filial mübadiləsinin (PBX) istifadə edildiyi avadanlıqda PSTN-ə təyin edilib.

Həll yolları

İdarəetmə panelində Parametrlər > Ümumi Parametrlər > Faks Parametrləri > Əsas Parametrlər > Xətt növü seçimində PBX seçin.

PBX-in quraşdırıldığı mühitdə giriş kodu daxil etmədən faksların göndərilməsi.

Həll yolları

Telefon sisteminiz xarici xəttə çıxış üçün xarici giriş kodu tələb edirsə, giriş kodunu printerdə qeydiyyatdan keçirin və faks göndərərkən nömrənin əvvəlinə # (heş) işarəsi əlavə edin.

Çıxan fakslar üçün başlıq məlumatı qeydiyyatdan keçirilməyib.

Həll yolları

Parametrlər > Ümumi Parametrlər > Faks Parametrləri > Əsas Parametrlər > Başlıq seçin və başlıq məlumatını qurun. Bəzi faks aparatları başlıq məlumatı olmadan gələn faksları avtomatik qəbul etmir.

Zəngedən ID-niz bloklanıb.

Həll yolları

Zəngedən ID-nizin kilidini açmaq üçün telekommunikasiya şirkətiniz ilə əlaqə saxlayın. Bəzi telefon və ya faks aparatları anonim zəngləri avtomatik qəbul etmir.

Qəbuledənin faks nömrəsi səhvdir.

Həll yolları

Kontaktlar siyahınızda qeydiyyatda olan və ya klaviaturadan istifadə edərək birbaşa daxil etdiyiniz Qəbuledənin nömrəsinin düzgünlüyünü yoxlayın. Yaxud faks nömrəsinin düzgünlüyünü qəbuledən ilə dəqiqləşdirin.

Qəbuledənin faks aparatı faksları qəbul etməyə hazır deyil.

Həll yolları

Qəbul edənin faks aparatının faks qəbuluna hazır olub-olmadığını soruşun.

Alt-ünvan xüsusiyyətindən istifadə edərək təsadüfən faks göndərilməsi.

Həll yolları

Alt-ünvan xüsusiyyətindən istifadə edərək səhvən faks göndərib-göndərmədiyinizi yoxlayın. Əgər kontakt siyahısında alt-ünvan ilə qəbuledən seçsəniz, faks alt-ünvan xüsusiyyətindən istifadə etməklə göndərilə bilər.

Göndərənin faks maşını alt-ünvan xüsusiyyətindən istifadə edərək faksları qəbul etmək imkanına malik deyill.

Həll yolları

Alt-ünvan xüsusiyyətindən istifadə edərək fakslar göndərərkən göndərəndən faks aparatının alt-ünvan xüsusiyyətindən istifadə edərək fakslar almaq imkanına malik olub-olmadığını soruşun.

Alt-ünvan və parol yanlışdır.

Həll yolları

Alt-ünvan xüsusiyyətindən istifadə edərək faksları göndərərkən, alt-ünvan və parolun düzgünlüyünü yoxlayın. Alt-ünvan və parolun uyğun olduğunu qəbuledən ilə yoxlayın.

Göndəriləcək verilənlər çox böyükdür.

Həll yolları

Siz aşağıdakı üsullardan birindən istifadə edərək faksları daha kiçik verilənlər ölçüsündə göndərə bilərsiniz.