İnterfeysin Qurulması

Hər interfeysə təyin edilmiş çap işləri və ya çap dilinə gözləmə vaxtı qurun.

Bu element PCL və ya PostScript üçün uyğun printerdə göstərilir.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Print tab-vərəqəsi > Interface Settings

  4. Hər bir elementi seçin.

    • Timeout Settings
      Birbaşa USB vasitəsilə göndərilmiş çap işlərinə gözləmə vaxtı təyin edin.
      Siz saniyəyə görə 5 və 300 saniyə arasında qura bilərsiniz.
      Gözləmə vaxtı istəməyəndə, 0 daxil edin.
    • Printing Language
      Hər USB interfeysi və şəbəkə interfeysi üçün çap dilini seçin.
      Auto seçdiyiniz zaman çap dili göndərilən çap işləri tərəfindən avtomatik aşkarlanır.
  5. Parametrləri yoxlayın, sonra OK üzərinə klikləyin.