ADF-in təmizlənməsi

ADF-dən surəti çıxarılan və ya skanlanan şəkillərdə mürəkkəb ləkəsi olarsa və ya orijinallar ADF-ə düzgün ötürülməsə, ADF-i təmizləyin.

Vacibdir:

Printeri heç vaxt spirt və ya həlledici məhlullarla təmizləməyin. Bu kimyəvi maddələr printerə ziyan vura bilər.

  1. ADF qapağını açın.

  2. Barabanı və ADF-in içərisini yumşaq, nəm parça ilə təmizləyin.

    Vacibdir:
    • Quru dəsmaldan istifadə barabanın səthini zədələyə bilər.

    • Baraban quruduqdan sonr ADF-dən istifadə edin.

  3. ADF örtüyünü bağlayın.

    Klik səsi çıxarana qədər lingi basın.

  4. Sənəd örtüyünü açın.

  5. Təmizləmə dəsmalını saxlayıcısından götürün.

  6. Şəkildə göstərilən hissəni təmizləmək üçün təmizləmə dəsmalından istifadə edin.

    Vacibdir:
    • Şüşə səthinə yağ və ya başqa çətin çıxan maddələrin ləkəsi dəyərsə, az miqdarda şüşə təmziləyici və yumşaq parça ilə onu təmizləyin. Qalan mayeni tamamən silib qurulayın.

    • Şüşə səthi möhkəm basmayın.

    • Şüşənin səthini çızmayın və ya zədələməyin. Şüşə səth zədələnsə, skanlama keyfiyyəti pisləşə bilər.

  7. Təmizləmə dəsmalını saxlayıcısına geri qaytarın.

  8. Sənəd örtüyünü bağlayın.