> Problemlərin həlli > Printer Nəzərdə Tutulan kimi İşləmir > Çap Edə Bilmirəm > Mac OS-dən Çap Etmək Mümkün Deyil > Qəfildən Printer Şəbəkə Bağlantısı üzərindən Çap Edə Bilmədi

Qəfildən Printer Şəbəkə Bağlantısı üzərindən Çap Edə Bilmədi

Problem aşağıdakı problemlərdən biri ola bilər.

Şəbəkə mühiti dəyişdirilib.

Həll yolları

Simsiz yönləndirici və ya provayderiniz kimi şəbəkə mühitini dəyişdirmisinizsə, printer üçün yenidən şəbəkə parametrlərini qurmağa cəhd edin.

Kompüteri və ya smart cihazı printer ilə eyni SSID-ə qoşun.

Wi-Fi bağlantısı üçün şəbəkə cihazlarında səhv baş verib.

Həll yolları

Şəbəkə qoşmaq istədiyiniz cihazları söndürün. Təxminən 10 saniyə gözləyin və sonra cihazları aşağıdakı ardıcıllıqla yandırın; simsiz yönləndirici, kompüter və ya ağıllı cihaz və sonra printer. Radio dalğa rabitəsinə kömək etmək üçün printeri, kompüteri və ya ağıllı cihazı simsiz yönləndiriciyə yaxınlaşdırın və sonra şəbəkə parametrlərini yenidən qurmağa cəhd edin.

Printer şəbəkəyə qoşulmayıb.

Həll yolları

Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Bağlantının yoxlanması seçin, sonra şəbəkə bağlantısı hesabatını çap edin. Əgər hesabat şəbəkə bağlantısının baş tutumadığını göstərirsə, şəbəkə bağlantısı hesabatını yoxlayın və çap edilmiş həll yollarına əməl edin.

Kompüterin şəbəkə parametrlərində problem var.

Həll yolları

Kompüterinizin şəbəkə parametrlərinin düzgün olduğuna əmin olmaq üçün kompüterinizdən istənilən vebsayta daxil olmağa çalışın. Əgər hər hansı vebsayta daxil ola bilmirsinizsə, kompüterdə problem var.

Kompüterin şəbəkə bağlantısını yoxlayın. Ətraflı məlumat üçün kömpüter ilə verilən sənədlərə baxın.