> Məhsul Haqqında Məlumat > Proqram təminatı haqqında məlumat > Skanlama üçün Proqram Təminatı > Skanerin İdarə Edilməsi üçün Proqram (Epson Scan 2)

Skanerin İdarə Edilməsi üçün Proqram (Epson Scan 2)

Epson Scan 2 skaneri idarə etməyinizə icazə verən skaner drayveridir. Skanlanan şəklin ölçüsünü, rezolyusiyasını, parlaqlığını, kontrastını və keyfiyyətini tənzimləyə bilərsiniz. Siz həm də TWAIN-ə uyğun gələn skanlama proqramından bu proqramı başlada bilərsiniz. Xüsusiyyətlərdən istifadə üzrə təfərrüatlar üçün proqram təminatı köməyinə baxın.

Windows radəsində işə salmaq
Qeyd:

Windows Server əməliyyat sistemləri üçün İş Masası Təcrübəsi funksiyasının quraşdırıldığına əmin olun.

  • Windows 10/Windows Server 2016

    Başlat düyməsinə klikləyin və sonra EPSON > Epson Scan 2 seçin.

  • Windows 8.1/Windows 8/Windows Server 2012 R2/Windows Server 2012

    Axtarış panelində proqram adını daxil edin və ardından göstərilən işarəni seçin.

  • Windows 7/Windows Vista/Windows XP/Windows Server 2008 R2/Windows Server 2008/Windows Server 2003 R2/Windows Server 2003

    Başlat düyməsini klikləyin və Bütün Proqramlar və ya Proqramlar > EPSON > Epson Scan 2 seçin.

Mac OS radəsində işə salmaq

Get > Proqramlar > Epson Software > Epson Scan 2 seçin.