> Skanlama > Orijinalların Yaddaşa Skanlanması > Yaddaşa Skanlamaq üçün Menyu Seçimləri

Yaddaşa Skanlamaq üçün Menyu Seçimləri

Qeyd:

Elementlər təyin etdiyiniz digər parametrlərdən asılı olaraq əlçatan olmaya bilər.

Ağ-Qara/Rəngli

Monoxrom və ya rəngli skanlamağı seçin.

Rezolyusiya:

Skanlamanın ayırdetmə dəqiqliyini seçin.

2-Tərəfli:

Orijinalın hər iki tərəfini skanlayın.

  • Oriyentasiya (Orijinal):

    Orijinalın istiqamətini seçin.

  • Cildləmə(Orijinal):

    Orijinalın bəndləmə istiqamətini seçin.

Skan. Sahəsi:

Skanlama sahəsini seçin. Skaner şüşəsinin maksimum ərazisində skanlamaq üçün Maksimal Sahə seçin.

  • Oriyentasiya (Orijinal):

    Orijinalın istiqamətini seçin.

Orijinalın Növü:

Orijinalınızın növünü seçin.

Oriyentasiya (Orijinal):

Orijinalın istiqamətini seçin.

Qarışıq Ölçülü Əsillər:

Siz ölçülərin aşağıdakı birləşməsini ADF-də eyni vaxtda yerləşdirə bilərsiniz. A3 və A4; B4 və B5. Bu birləşmələrdən istifadə etdiyiniz zaman oriijinallar, orijinalların faktiki ölçüsündə skanlanır. Orijinallarınızı aşağıda göstərildiyi kimi orijinalların enini düzləndirməklə yerləşdirin.

Sıxlıq:

Skanlanmış təsvirin kəskinliyini seçin.

Fonu sil:

Fonun tündlüyünü seçin. Fonu işıqlandırmaq (ağartmaq) üçün + toxunun, tündləşdirmək (qaraltmaq) üçün isə - toxunun.

Əgər Avtomatik seçsəniz, orijinalların fon rəngləri aşkarlanır və avtomatik silinir və ya işıqlandırılır. Əgər fon rəngi çox tünd olarsa, yaxud aşkarlanmazsa, o, düzgün tətbiq olunmur.

Kölgəni Yığışdır:

Skanlanmış təsvirdə görünən orijinalın kölgələrini silin.

  • Çərçivə:

    Orijinalın kənarında olan kölgələri silin.

  • Mərkəz:

    Bukletin bəndləyici kənar boşluğunun kölgələrini aradan qaldırır.

  • Arxa səhifə:

    2-üzlü orijinalları skanlayan zaman arxa üz üçün individual sahə təyin edin.

Dəlikləri Yığışdır:

Skanlanmış təsvirdə olan dəlikaçanın dəliklərini aradan qaldırın. Sağdakı qutuda qiymət daxil etməklə dəlikaçanın dəliklərini yığışdırmaq üçün sahə göstərə bilərsiniz.

  • Silmə Mövqeyi:

    Dəlikaçanın dəliklərini aradan qaldırmaq üçün mövqe seçin.

  • Oriyentasiya (Orijinal):

    Orijinalın istiqamətini seçin.

ADF Dav. Skan.:

Siz paketlərdə ADF-ə çoxlu sayda orijinal yerləşdirə və onları tək bir skanlama işi kimi skanlaya bilərsiniz.

Faylın adı:

Fayl adı təyin edin.

Faylın parolu:

Faylı seçmək üçün parolu təyin edin.

İstifadəçi Adı:

Faylı seçmək üçün istifadəçi adı təyin edin.