Epson Avstraliya sizə yüksək səviyyədə müştəri xidməti göstərməyi arzu edir. Məhsul kitabçaları ilə yanaşı, məlumat əldə etmək üçün aşağıdakı mənbələri təmin edirik:
Epson Avstraliya World Wide Web səhifələrinə daxil olun. İnternetdə gəzmək üçün bura daxil olmağa dəyər! Bu sayt drayverlər üçün yükləmə yeri, Epson əlaqə nöqtələri, yeni məhsul məlumatı və texniki dəstək (e-poçt ilə) təmin edir.
Telefon: 1300-361-054
Epson Dəstək Şöbəsi müştərilərimizə məsləhətlər vermək üçün yaradılmış ehtiyat dəstək mərkəzidir. Dəstək şöbəsindəki əməliyyatçılar Epson məhsulunun quraşdırılması, konfiqurasiyası və istifadəsində sizə kömək edəcəkdir. Satışdan əvvəlki kömək şöbəsinin əməkdaşları yeni Epson məhsuluna, o cümlədən, ən yaxın diler və ya servisin harada yerləşməsinə dair məlumat təmin edir. Burada bir çox sorğular cavablandırılır.
Zəng etdiyiniz zaman bütün əlaqədar məlumatların əlinizin altında olmasını tövsiyə edirik. Nə qədər çox məlumat hazırlasanız, bir o qədər tez problemin həllinə kömək edərik. Bu məlumatlara daxildir: Epson məhsulunun kitabçası, kompüter növü, əməliyyat sistemi, tətbiqi proqramlar və zəruri olduğunu düşündüyünüz hər hansı məlumat.
Gələcək daşıma işləri üçün Epson məhsulun qutusunu saxlamağı tövsiyə edir.