Əsas SSL/TLS parametrlərinin konfiqurasiya olunması

Printer HTTPS server xüsusiyyətini dəstəkləyərsə, kommunikasiyaları şifrləmək üçün siz SSL/TLS kommunikasiyasını istifadə edə bilərsiniz. Təhlükəsizliyi təmin edərkən siz Web Config istifadə etməklə, printeri konfiqurasiya və idarə edə bilərsiniz.

Şifrlənm gücü və yenidən yönləndirmə xüsusiyyətini konfiqurasiya edin.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network Security tab-vərəqəsi > SSL/TLS > Basic

  4. Hər bir element üçün qiymət seçin.

    • Encryption Strength
      Şifrlənmə gücü səviyyəsini seçin.
    • Redirect HTTP to HTTPS
      Aktivləşdir və ya qeyri-aktiv et seçin. Standart qiymət "Enable" seçimidir.
    • TLS 1.0
      Aktivləşdir və ya qeyri-aktiv et seçin. Standart qiymət "Enable" seçimidir.
    • TLS.1.1
      Aktivləşdir və ya qeyri-aktiv et seçin. Standart qiymət "Enable" seçimidir.
    • TLS.1.2
      Aktivləşdir və ya qeyri-aktiv et seçin. Standart qiymət "Enable" seçimidir.
  5. Next üzərinə klikləyin.

    Təsdiq mesajı göstərilir.

  6. OK üzərinə klikləyin.

    Printer yenilənib.