> Məhsul Haqqında Məlumat > Şrift Spesifikasiyaları > İşarə Təyinlərinin Siyahısı

İşarə Təyinlərinin Siyahısı

Printeriniz müxtəlif işarə təyinlərinə müraciət edə bilər. Bu işarə təyinlərinin əksəriyyəti yalnız hər bir dil üçün spesifik olan beynəlxalq simvollara görə fərqlənir.

Hansı şrifti istifadə etməyi nəzərdə tutduğunuz zaman siz həmçinin şrift ilə hansı işarə təyinini birləşdirməyi nəzərdə tutmalısınız.

Qeyd:

Əksər proqram təminatları şriftlər və işarələri avtomatik idarə etdiyindən yəqin ki, sizə printerin parametrlərini tənzimləmək heç vaxt lazım olmayacaq. Buna baxmayaraq, əgər siz özünüz printerin idarəetmə proqramlarını yazırsınızsa, yaxud şriftləri idarə edə bilməyən köhnə proqram təminatından istifadə edirsinizsə, işarə təyini təfərrüatları üçün aşağıdakı bölmələrə istinad edin.