> Köməyi haradan əldə etməli > Epson dəstək xidmətinə müraciət > Epson ilə əlaqə saxlamazdan əvvəl

Epson ilə əlaqə saxlamazdan əvvəl

Epson məhsulu düzgün işləmirsə və məhsul kitabçalarındakı problemin həlli məlumatları ilə problemi həll edə bilmirsinizsə, kömək üçün Epson dəstək xidmətinə müraciət edin.

Aşağıdakı Epson dəstəyi siyahısı satış ölkəsinə əsaslanır. Bəzi məhsullar hazırda yaşadığınız yerdə satılmaya bilər, ona görə də məhsulu aldığınız ərazi üzrə Epson dəstək xidmətinə müraciət edin.

Aşağıdakı siyahıda sizin region üzrə Epson dəstək xidməti yoxdursa, məhsulu aldığınız dilerə müraciət edin.

Aşağıdakı məlumatları bildirsəniz, Epson dəstək xidməti sizə daha tez kömək edəcəkdir:

  • Məhsulun seriya nömrəsi

    (Nişanın əlavə olunması mövqeyi məhsuldan asılıdır; o, qapağın arxasında, açıq tərəfində və ya aşağıda ola bilər.)

  • Məhsulun modeli

  • Məhsul proqramının versiyası

    (Məhsulun proqramında About, Version Info və ya oxşar düyməni klikləyin.)

  • Kompüterinizin brendi və ya modeli

  • Kompüterinizin əməliyyat sisteminin adı və versiyası

  • Adətən məhsulunuzla istifadə etdiyiniz proqramların adları və versiyaları

Qeyd:

Məhsuldan asılı olaraq, faks və ya şəbəkə parametrləri üçün yığım siyahısı məlumatları məhsulun yaddaşında saxlana bilər. Məhsulun sınması və ya təmiri səbəbilə məlumatlar və ya parametrlər silinə bilər. Hətta zəmanət müddətində də Epson silinə yaxud itən məlumatlara yaxud parametrlərə, onların ehtiyat nüsxəsinin çıxarılmasına görə məsuliyyət daşımır. Tövsiyə edirik, özünüz belə məlumatların ehtiyat nüsxəsini çıxarasınız və ya başqa yerə qeyd edəsiniz.